Şrift:
Fərəc Quliyev Etimad İsmayılovun vəfatı ilə bağlı başsağlığı verdi
20.09.2018 [12:12] - Gündəm, Bildiriş, Fərəc Quliyev
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini, Türkiyədə iş adamı kimi fəaliyyət göstərən Etimad İsmayılov bu geçə öz ofisində silahlı hücuma məruz qalaraq, qətlə yetirilib.
Faciə ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev onun atası İlyas İsmayılova, həyat yoldaşı məşhur jurnalist, “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevaya, mərhumun bütün doğmalarına və partiyadaşlarına başsağlığı verib. Başsağlığında deyilir:
“Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı sahibkar, Ədalət Partiyasının sədrinin birinci müavini, politoloq Etimad İsmayılovun faciəvi şəkildə qətlə yetirilməsi bizi dərindən sarsıtdı. E.İsmayılov milli ruha sahib bir ailədə doğulub böyümüş bir ziyalı idi. Atası İlyas İsmayılov kimi o da, Azərbaycanın dirçəlişində inkişafında və milli dəyərlərin təbliğində bacardığı qədər çalışan bir vətəndaş idi.
E.İsmayılovun qətli bizi dərindən sarsıtdı. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından onun atası Ədalət Partiyasının sədri İlyas İsmayılova, həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyevaya və mərhumun bütün doğmalarına, yaxınlarına və partiyadaşlarına dərin hüzünlə başsağlığı verir, Allahdan səbr diləyirik.
Yeri Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed