Şrift:
Hemofiliyalı xəstələr dərmanları elektron qaydada əldə edəcəklər
21.09.2018 [10:11] - Sağlıq
Gələn ildən bütün hemofiliyalı xəstələr dərmanları elektron reseptlə əldə edəcəklər.

Hemofiliyalı Xəstələr Assosiasiyasının sədri Gülnarə Hüseynova bu barədə AZƏRTAC-a məlumat verib. Onun dediyinə görə, hazırda ölkəmizdə qeydiyyata alınmış 1500-dən artıq hemofiliya xəstəsi var və onların təxminən 400 nəfəri məktəbəqədər və məktəb yaşlı uşaqlardır.

Assosiasiya rəhbəri deyib: “Gələn ildən hər bir xəstənin elektron kartı olacaq. Onların şəxsi və sosial vəziyyəti, eləcə də dərman sərfiyyatı barədə məlumatlar elektron kartda öz əksini tapacaq. Bölgələrdə yaşayan xəstələr regional hemofiliya mərkəzlərinə müraciət edərək yeni qaydadan istifadə edə biləcəklər. Elektron kart vasitəsilə qeydiyyatda olduğu tibb ocağına müraciət edən xəstəyə həkim tərəfindən elektron resept yazılacaq və onlar dərman preparatlarını apteklərdən təmənnasız alacaqlar. Bunun üçün xüsusi apteklərin fəaliyyət göstərməsi də nəzərdə tutulub”.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed