Şrift:
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: -Ali dini rəhbəri istəsə, Hörmüz boğazını bağlamağa hazırıq-
16.07.2012 [11:02] - Güney Azərbaycan xəbərləri
“İranın ali dini rəhbəri istəsə, Hörmüz boğazını bağlamağa hazırıq”. İran mətbuatının verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi deyib. O bildirib ki, Hörmüz boğazını bağlamaq qərarı ali dini rəhbərə məxsusdur: “Qərb ölkələri İranın Hörmüz boğazını bağlaya bilməyəcəyini düşünür. Halbuki İranın boğazı bağlamaq planı hazırdır. Lakin bu mövzuda son qərarı ali dini rəhbər verəcək”.
H. Firuzabadi əlavə edib ki, ABŞ hər zaman bölgədə öz mənafeyini və İsraili qorumağa çalışır: “ABŞ tərəfi aviadaşıyıcılarının Əfqanıstan müharibəsinə dəstək vermək və dəniz quldurları ilə mübarizə etmək üçün bölgəyə göndərildiyini açıqlayır. Ancaq məlumdur ki, ABŞ hərbçilərinin bölgədəki varlığının arxasında imperialist mənfəətləri və hədəfləri durur”.
İranlı general qeyd ed ib ki, ABŞ hökuməti öz xarici siyasətində ciddi dəyişikliklər etməlidir: “Barak Obama öz xarici siyasətində ciddi dəyişiklik etməlidir. Bunun üçün Hillari Kilinton təqaüdə göndərilməlidir. Çünki onun pensiyaya çıxmaq vaxtı çoxdan çatıb”.
Bu xəbər oxucular tərəfindən 1234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed