Şrift:
Nursultan Nazarbayev Özbəkistan və Türkmənistanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmağa çağırıb
21.10.2011 [11:48] - Xəbərlər, Türk dünyası-Turan
“Biz əsası 2009-cu ildə Naxçıvanda qoyulan Şuranın beynəlxalq struktura çevrilməsində maraqlıyıq”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Özbəkistan və Türkmənistanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmağa çağırıb. “Kazinform”un verdiyi məlumata görə, N. Nazarbayev bu istəyini Şuranın Almatıda keçirilən zirvə toplantısında dilə gətirib: “Biz əsası 2009-cu ildə Naxçıvanda qoyulan Şuranın beynəlxalq struktura çevrilməsində maraqlıyıq”.

Qazaxıstan dövlət başçısının fikrincə, Şuranın katibliyi Özbəkistan və Türkmənistanla müvafiq razılaşmaların imzalanması məsələsini işləyib hazırlamalıdır: “Sammit Şuranın statusunun formalaşdırılması üçün birgə fəaliyyəti gücləndirəcək. Bu məqsədlə Şuranın hüquqi əsasını təşkil edəcək sənədlər hazırlanıb. Mənim təklifimlə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyası və Ağsaqqallar Şurası qurumun işinə mühüm töhfə verir”.

N. Nazarbayev qeyd edib ki, bu yaxınlarda yaradılan Türk Akademiyası ümumi tarixi köklərin öyrənilməsi və mədəniyyətin inkişafı üçün lazımi səylər göstərir: “Qazaxıstan Astanada fəaliyyət göstərən bu elmi mərkəzin məhsuldar işinə hərtərəfli dəstək verir”.
Bu xəbər oxucular tərəfindən 1297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed