Şrift:
Cəlilabadda 80 müəllimə ehtiyac var
16.07.2012 [13:42] - Sosial
Bir sıra bölgələrdə olduğu kimi Cəlilabad rayonunda da müəllim çatışmazlığı problemi yaşanır.

Bu barədə Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) kadr işləri üzrə aparıcı məsləhətçisi Rəşxəndə Qasımova məlumat verib.
Onun sözlərinə görə, rayonda müxtəlif fənlər üzrə 80 müəllimə ciddi ehtiyac var.

“Xüsusilə rayonun ucqar dağ kəndləri olan Qamışlıgöl, Kövüzbulaq, Buravur kimi yaşayış məntəqələrində Azərbaycan dili, riyaziyyat və tarix müəllimləri çatışmır. Ötən il yaşı 65-dən yuxarı olan müəllimlərin vəzifələrindən azad edilməsi isə problemi qabardan əsas amil olub”- deyə, R.Qasımova qeyd edib.
Bu xəbər oxucular tərəfindən 2154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed