Şrift:
Amerikada nadir təbiət hadisəsi baş vermişdir
16.07.2012 [14:11] - Hadisə
“Aurora Borealis” adlanan şimal şəfəqi ABŞ-ın şimal ştatlarında və Kanadanın cənubunda müşahidə edilmişdir.
Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının sakinləri səmada günəş şəfəqlərinin yaratdığı möhtəşəm “şou”ya şahid olmuşlar. Belə ki, Günəşdə genişmiqyaslı partlayışlar günəş şüasının axınına yol açmış, bu isə Minnesotanın Sent-Klaud şəhəri üzərində rəngarəng görüntülərə səbəb olmuşdur.
AzərTAc xarici KİV-lərə istinadən xəbər verir ki, Günəş qasırğası sayəsində Şimal qütbündə rast gəlinən və latınca adı “Aurora Borealis” olan şimal şəfəqi ABŞ-ın şimal ştatlarında və Kanadanın cənubunda müşahidə edilmişdir.
Qeyd edək ki, günəş qasırğası 11 illik günəş tsiklinin bir hissəsidir. Bu tsikl öz pik nöqtəsinə gələn il çatacaqdır.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed