28.09.2018 [10:16] - Xəbərlər, Hərb
"ADEX-2018” Beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan süzən aviasiya bombası nümayiş olunub. Aviabomba stasionar hədəfləri məhv etmək üçün özütuşlanan silahdır.
50 kiloqram kalibrli aviabombanın uçuş məsafəsi təyyarə uçuş sürəti və atma hündürlüyündən asılı olaraq minumum 10 min metr, maksimum isə 60 min metrdir. Bomba düşdüyü yerdən 20 metr kənara sapması var. 1600 mm uzunluğa malik, 203 mm diametrli aviabombanın çəkisi 65 kiloqramdır.
Qeyd edək ki, sentyabrın 25-də Bakı Ekspo Mərkəzində 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib.
Sərgi iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |