16.07.2012 [14:49] - Gənclik
Kimisə “etibarlı mənbə” adı altında tənqid və ya təhqir edərək ikinci yazının verilməməsi ilə “özünü dolandıran” saytlar...
Xəbər portallarının sosial şəbəkələrdə yazılan statuslardan xəbər hazırlamalarına münasibətiniz necədir? Sizcə bu cür davranış jurnalistika etikasına uyğundur? Doğrudanmı xəbər hazırlamaq bu qədər ucuzlaşıb? Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənliyə müraciət etdik.
Ümumiyyətlə vətənimizdə xəbər hazırlamaq və yaymaq məsələsi son zamanlar ciddiliyini itirib. Təbii ki, bunu bütün xəbər portallarına aid etmək olmaz. Bu məsələdə bir neçə qrup müəyyənləşdirmək mümkündür. 1.Kifayət qədər səviyyəli saytlar: belə saytlar əsasən öz jurnalistinin görüb yazdığı, fakta əsaslanan informasiya siyasəti ilə məşğuldur; 2. Hansısa məmurun və ya biznesmenin kurasiyasında olan saytlar; belə saytlar özünü müstəqil adlandırsa da, informasiya təminatı konkret müəyyən qrupun maraqlarına xidmət edir və ona zidd qruplar və ya şəxslər vurulur; 3. Kimisə “etibarlı mənbə” adı altında tənqid və ya təhqir edərək ikinci yazının verilməməsi ilə “özünü dolandıran” saytlar; son zamanlar belə saytların sayı təəsüf ki, çoxalıb. Özünü peşəkar jurnalist hesab edən müəyyən şəxs borc pul tapıb sayt açır və “elektron ünvanıma göndərilib” deyərək kimin haqqında nə istədi yazır. Sonra hədəf obyekti seçilən şəxsə və ya qüvvəyə “xüsusi” təklif gedir, razılaşma oldusa, yazılar dayandırılır. 4. Həvəskar saytlar; hansısa tələbənin və ya ümumiyyətlə gəncin şəxsi təşəbbüsü əsasında fəaliyyət göstərir və şəxsin dünyagörüşünə görə məlumatlar yayılır.
Birinci kateqoriyaya daxil olan saytlar istisna olmaqla digərləri sizin qeyd etdiyiniz sosial şəbəkədə yazılan statuslardan məlumat kimi istifadə edirlər. Məsələnin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəf kimi, informasiya əsridir və sürətli məlumat vermək hər bir saytın marağında olduğu kimi cəmiyyətin də marağındadır. Bu onunla da əsaslana bilər ki, status yazan şəxs öz adından yazır və konkret mənbə var. Həm də elektron ünvana gələn hər hansı müəllifi bilinməyən məlumatdansa, təbii ki, status vasitəsilə verilən informasiya daha tutarlıdır. Mənfi tərəf kimi isə, onu qeyd etmək olar ki, məlum olduğu kimi sosial şəbəkələrdə səhifələr müxtəlif şəxslər tərəfindən oğurlana bilir. Beləliklə, həmin şəxsin daşıdığı fikrin ziddinə hər hansı bir yalnış status yazıla bilər. Ondan mənbə kimi istifadə edən sayt isə yalnış məlumat yaymaqla oxucularına səhv informasiya vermiş olur. Fikrimcə, ən doğru olanı odur ki, hər hansı bir məlumatı statusdan oxuduqdan sonra müəllifin özü ilə danışıb ən azı mövzunu dəqiləşdirəsən və sonra informasiyanın yayımı ilə məşğul olasan.
Oktay Hacımusalı/”Xalq Cəbhəsi” qəzeti/

Bu xəbər oxucular tərəfindən 1915 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |