16.07.2012 [15:10] - Diaspor
“Birləşmiş Ştatlardakı diasporumuz başqa ölkələrin və millətlərin diasporu ilə müqayisədə müəyyən qədər zəif çıxış edir”
“Amerikada daha çox işin aparılmasına ehtiyac var”
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovun müsahibəsi:
-Vüqar müəllim, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olaraq gənc nəslin diaspra həyatındakı rolu, xüsusilə xaricdə təhsil alan gənclərimizin bu prosesdə iştirakını necə qiymətləndirirsiniz?
-Azərbaycan gəncliyinin diaspor fəaliyyətindəki rolunu yeni bir səhifənin açılması kimi qiymətləndirmək daha doğru olardı. Bu nəsillə bağlı olan bir prosesdir. 10 il bundan əvvəl keçirilən Dünya Azərbaycanlıların I Qurultayında əsasən 50-60-cı illərdə Sovet dönəmində Azərbaycandan getmiş və Güney Azərbaycandan xaricə köçmüş insanlar iştirak edirdilər ki, onların da Azərbaycanla bağlı o qədər də dərin məlumatları yox idi. Amma, bu gün milli ruhda böyüyən, intelektual, vətənpərvər, Azərbaycanın sözünü deyə bilən, dünya ictimaiyyətini dost olaraq Azərbaycanın işinə cəlb etməyi bacaran yeni bir təbəqənin, nəslin yetişməsinin şahidi oluruq. Hesab edirəm bu Azərbaycan gəncliyinin diaspordakı fəaliyyətinin yeni bir mərhələsidir və diasoporaya yeni nəfəs verir. 3-5 ildir başlanan bu işin perspektivdə çox böyük nəticələrinin olacağını düşünürəm. Burada prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyi ilə bağlı qəbul etdiyi dövlət proqramları, ötən illər ərzində yüzlərlə Azərbaycan gəncinin xarici ölkələrdə təhsil almağa göndərilməsi də böyük rol oynayır. Bu gün Azərbaycan gəncliyinin diaspor işi qısa zamanda köhnə ənənələr şəkilində formalaşan diasporanı əvəz edəcək, lobbiçilik, effektli diasporanın formalaşmasına öz təsirini göstərəcək. Mən bunu real olaraq görürəm. Fəaliyyətimizə gəldikdə əsas hədəfimiz Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasıdır. Təşkilatımız əsasən Birləşmiş Ştatlarda fəaliyyət göstərir, yəni bu ölkənin təşkilatları, oradakı Azərbaycan diasporu, tələbələri ilə işləyir. Bu məqsədlə də əsas fəaliyyətimizi və son layihələrimizi həqiqətlərimizin təbliği istiqamətinə yönəltmişik. Son iki ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihəmiz xaricdə təhsil alan azərbaycanlı gənclərin diaspor fəaliyyətində rolunun gücləndirilməsi ilə əlaqədar olub. Son layihəmiz də bu ilin aprel ayında Vaşinqtonda Qarabağ forumunun keçirilməsi oldu. Bu layihə isə, Amerikanın “İrs” (Heritage) Fondu ilə əməkdaşlıq sayəsində həyata keçirildi. Forumda amerikalı ekspertlər, beyin mərkəzləri, strateji araşdırmalar mərkəzlərinin nümayəndələri, azərbaycanlı tələbələr, millət vəkillərimiz, münaqişələr üzrə ekspert Asim Mollazadə və millət vəkili Ceyhun Osmanlının iştirakı ilə böyük bir tədbirimiz oldu. Burada əsas araşdırmamız azərbaycanlı gənclərin Qarabağ münaqişənin həlli ilə bağlı mövqeyi və bu yanaşmaların müzakirəsi idi. Bununla bağlı ingilis dilində böyük bir təqdimat etdik və müzakirələr keçirdik. Böyük maraqla qarşılanan forumda azərbaycanlı gənclərin bölgədəki sülh və təhlükəzilik məsələlərinə, Qarabağ münaqişəsinin həllinə yanaşmaları təqdim edildi. ABŞ ictimaiyyəti və birbaşa Konqreslə əlaqəsi olan ekspertlərin diqqətinə bölgədəki son durumu çatdırdıq və qeyd etdik ki, Gürcüstan-Rusiya münaqişəsindən sonra Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən gözləntilərimiz müsbət deyil. Azərbaycan gəncliyi beynəlxalq təşkilatların və aparıcı dövlətlərin münaqişənin həlli ilə bağlı səylərini nəticəsiz hesab etdiyi üçün, yeganə həll yolunu müharibədə görür. Amerikalı nümayəndələr də ABŞ-ın səylərinin artırılması üçün bu məsələni necə və hansı formada təqdim etməli olduqlarını müzakirə etdi. Biz də öz növbəmizdə münaqişənin həllində Birləşmiş Ştatların rolunun daha çox olmasını gözlədiyimizi dedik. Çünki Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu seçib və ABŞ-ın regionda, o cümlədən, Əfqanıstanda və İraqda sülhün bərqərar olması üçün həyata keçirdiyi missiyada aktiv iştirak edir. Bildirdik ki, bu səbəbdən də, münaqişənin ədalətli həlli Azərbaycanla yanaşı, Birləşmiş Ştatların da maraqlarında olmalıdır. Təşkilat olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq. Bununla yanaşı, Avropanın və ABŞ-ın birgə iştirak etdiyi beynəlxalq proqramlarda iştirak edir, Azərbaycandan yüzlərlə gənci beynəlxalq tədbirlərə göndərir, Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı materiallar, bukletlər çap edərək Amerikaya göndəririk. Bu işi davamlı şəkildə aparırıq. Bu istiqamətdə ABŞ-ın beyin mərkəzləri ilə də işləyirik. Belə ki, Birləşmiş Ştatların Ceymstaun Fondu və bir sıra beyin mərkəzləri ilə əlaqələr quraraq, onları Azərbaycan həqiqətləri ilə tanış etmişik. Onların Azərbaycana səfərlərini təşkil edirik ki, ölkəmiz haqqında məlumatları əyani şəkildə mənimsəsinlər. Dəfələrlə dəvət etdiyimiz nümayəndələr geri dönəndən sonra Azərbaycanla bağlı müxtəlif məqalələr çap edərək, yayıblar. Gənclər təşkilatı olaraq fəal şəkildə Avropa və ABŞ-da yaşayan azərbaycanlı tələbələr, gənclər, həmçinin diaspor təşkilatları ilə əlaqələr saxlayır, layihələrin həyata keçirilməsində, Azərbaycan maraqlarının lobbiçiliyi, xüsusilə oradakı lobbi qrupları, beyin mərkəzləri ilə əlaqələr yaradaraq, Azərbaycan haqqında məlumatların çatdırılmasında birgə işləyirik. Hətta, Avropadakı azərbaycanlı gənclərin iştirakı ilə yeni təşkilatların yaranmasına da dəstək göstəririk. Bu yaxınlarda Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı keçirildi. Birbaşa olaraq bu şəbəkədən də istifadə edərək xaricdəki gənclərimiz, azərbaycanlı tələbələrlə işləyirik.
-Bir müddət əvvəl Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı gənclərimizin diaspora və lobbi quruculuğundakı iştirakına nə dərəcədə təkan verəcək və artıq bunun işartıları görünürmü?
-Dünya Azərbaycanlı Gəbclər Birliyi yeni yaranıb. Biz gələcək planlarla bağlı növbəti toplantıda müzakirə aparacağıq. Bir çox işlərin həyata keçirlməsini planlaşdırırıq. Birlik yeni yarandığı üçün qarşıda çox böyük planların reallaşdırılması gözlənilir. Yəqin ki, bütün bunlar növbəti görüşdə müzakirə ediləcək. Onu da deyim ki, əsas hədəf dünyada təhsil alan azərbaycanlı tələbələrlə, xaricdə yaşayan gənclərimizlə fəal işin aparılması, onları yaşadığı ölkələrdə diaspor işinə cəlb etmək, öz aralarında şəbəkələşərək, yaşadıqları ölkələrin ictimai-siyasi sferalarında fəal olmaları və təbii ki, Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsində haqlı möbvqeyimizin dünyaya çatdırılması olacaq.
-Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olaraq hazırda Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?
-Qarşımızda ən vacib məsələ Qarabağ münaqişəsində haqlı mövqeyimizin dünya birliyinə çatdırılması və dəstəyin alınmasıdır ki, bu məsələ artıq bəllidir. Yəni bununla bağlı dünyaya yeni şeylər çatdıra bilmərik. Sadəcə olaraq maksimum çalışaraq, münaqişənin həllinə təsir edə biləıcək qüvvələri öz tərəfimizə çəkməliyik. Bunun üçünsə bizim güclü diasporumuz, daha sonra lobbimiz olmalıdır. Bu məsələ ilə bağlı hesab edirəm ki, Amerikada Azərbaycanın təbliğ olunması, oradakı nüfuzlu şəxslərin Azərbaycanın dostuna çevrilməsi, Azərbaycan diasporunun güclü təsir imkanlarına malik olması kimi istiqamətlərdə səylərimizi artırmalıyıq. Son görüşlər, tədbirlər onu göstərdi ki, Birləşmiş Ştatlardakı diasporumuz başqa ölkələrin və millətlərin diasporu ilə müqayisədə müəyyən qədər zəif çıxış edir. Zəif olanda isə, təbii ki, hansısa arqumenti inandırmaq çətindir. Qarabağ münaqişəsində biz haqlı tərəfik və dünya da bunu bilir. Lakin, müəyyən mənada sözümüz eşidilmir, bunun eşidilməsi üçünsə, güclü olmaq, güclü tərəflərlə yaxın olmaq lazımdır. Reallıqdan çıxış edərək bu istiqamətdə daha çox iş aparmalıyıq. Diasporumuz dünya ölkələrinin cəmiyyətlərinin bütün tərəfləri ilə fəal şəkildə işləməli, təbliğat aparmalıdır. Amma, nə qədər ki, gücümüz yetərincə deyil, nə qədər ki, müəyyən istiqamətlərdə axsamalar müşahidə olunur, səsimizin eşidilməsi də bir o qədər çətin olacaq. Təbii ki, bunlar vaxt tələb edir. Bu istiqamətdə bizim təşkilat da fəaliyyətini davam etdirir. Məhz bu səbəblərdən Avropa ilə müqayisədə Amerikada daha çox işin aparılmasına ehtiyac var.
-İctimai Birlik olaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə, xüsusilə Amerika cəmiyyətinə çatdırılması üçün nələri düşünürsünüz?
-Azərbaycan Avropaya məkan baxımından daha yaxındır. Bu gün Azərbaycan Avropada yerlşən beynəlxalq təşkilatlarda təmsil olunur. Avropa İttifaqı ilə müəyyən tərəfdaşlıq proqramlarında iştirak edir. Bununla yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır ki, bu da diaspor işinə təsirsiz ötüşmür. Bizim təşkilat da Avropada işləyir, müxtəlif beynəlxalq proqramlarnda iştirak edir. Avropalılar Azərbaycan haqqında daha çox məlumata malikdir və buna görə də, onlarla anlaşmaq daha asandır. Avropada diaspor işimiz, lobbiçilik fəaliyyətimiz, Azərbaycanın təbliği, ölkə maraqlarımızın müdafiəsi baxımından daha bacarıqlıyıq, nəinki Amerikada. Çünki Amerika qlobal ölkədir və bu ölkənin maraqları regional deyil, qlobal götürülür. Buna görə də ABŞ-da daha fəal olmaq lazımdır. Lakin onu da qeyd etmək lazımdır ki, ötən 10 illə müqayisədə bu gün Birləşmiş Ştatlarda Azərbaycanın dostları daha çoxdur. Azərbaycanın sözünü deyən tərəfdaşlarımızın sayı artmaqdadır. Aprel ayında Vaşinqtonda Azərbaycan ABŞ əlaqələrinin 20 illiyi ilə bağlı konfransda iştriak etdim. Bu konfransda nüfuzlu konqresmenlər, senatorlar, Amerika ictimaiyyətində nüfuzu olan insanlar çıxış edərək Azərbaycanın önəmini vurğuladılar. Bu artıq bizim uğurumuzun göstəricisidir. Bunu mütləq davam etdirmək lazımdır. Çünki belə insanların rəyləri, fikirləri ABŞ siyasətinin formalaşmasına təsir edir.
-Sizcə, Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsi üçün zaman yetişibmi?
-Lobbiçilik işi diasporanın oturuşma mərhələsindən sonra baş verən bir prosesdir. Bizim təşkilat da bu istiqamətdə fəaliyyətini genişləndirir. Biz Azərbaycanla ABŞ arasında dostluq münasibətlərinin yaranması, inkişafı, Azərbaycan həqiqətlərinin Amerikada yayılması istiqamətində fəaliyyət göstəririk. Amerikada Azərbaycanın lobbiçilik işi hesab edirəm ki, diasporumuzun daha yuxarı təbəqələrə çıxışı olduqdan sonra və dostlarımızın sayı artıqca daha effektli olacaq. Bu gün bir çox işlərin baş tutması üçün lobbiçilik önəmlidir. Lobbiçilik sadə dildə desək qərarlara təsir edən insanları öz tərəfinə çəkmək və onlara təsir etmək imkanlarıdır ki, əgər bu varsa, deməli lobbiçik də mövcuddur. Lakin, ABŞ-da lobbimizin formalaşdırılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var.
-Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10 ili tamam olur. Sizcə adıçəkilən Dövlət Komitəsinin yaranmasından sonra diaspora həyatında hansı müsbət dəyişikliklər baş verdi?
-Şübhəsiz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması Azərbaycan diaspor tarixində önəmli hadisə idi. Məhz diaspora sahəsində dövlət siyasətinin olması və bu istiqamətdə rəsmi qurumun fəaliyyət göstərməsi çox vacib idi. Lakin bu gün Dövlət Komitəsinin bütün təşkilatlarla sıx işləməsi, bu sahədəki fəaliyyətinin nə dərəcədə effektiv olması məsələnin ikinci tərəfidi. Bundan başqa da diasporanın özündə Komitəyə qarşı gözləntilər birmənalı deyil. Çoxları bu Komitə ilə əməkdaşlıqdan daha çox, ondan birbaşa yardım gözləyir və ya bir çox diaspora təşkilatları Komitə tərəfindən onlara eyni münasibətin olmamasından gileylənir, hesab edir ki, Komitənin mövcud olması əksinə diaspora işində bölücülüyü və ayrıseçkiliyi daha da artırır. Yəni gördüyünüz kimi fikirlər müxtəlifdi. Lakin mənim bir fikrim dəyişməz olaraq qalır ki, bu gün Azərbaycan diasporuna daha çox birlik lazımdı. Diasporanın xarici ölkələrdə elə tədbirləri olur ki, Komitə orada geniş təmsil olunmur. Və ya hər hansı bir ölkədə keçirilən böyük bir diaspora işində, kampaniyalarda və tədbirlərdə bir diaspora təşkilatının Azərbaycan naminə gördüyü böyük bir işə digər Azərbaycan təşkilatı qatılmaq istəmir və dəstək göstərmir.
"Olaylar" qəzeti

Bu xəbər oxucular tərəfindən 3660 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |