Şrift:
Qazaxıstanda “Qədim Türküstan – yeni imkanlar” beynəlxalq investisiya və turizm forumu keçirilib
29.09.2018 [10:01] - Türk dünyası-Turan
Qazaxıstanın Türküstan vilayətində “Qədim Türküstan – yeni imkanlar” beynəlxalq investisiya və turizm forumu keçirilib.

Forumda Avropa və Asiya ölkələrindən 250-dən çox nümayəndə iştirak edib.

Forumda bölgənin turizm və iqtisadi potensialını yaxşılaşdırmaq, sahibkarlıq və istehsalın inkişaf etdirilməsi üçün xüsusi layihələr təklif olunub və xarici sərmayəçilərlə 1,7 milyard dollar məbləğində 19 memorandum imzalanıb. Türkiyə, Çexiya, Rusiya, BƏƏ, İtaliya, Polşa, İran, Malayziya və Çindən olan sərmayəçilər müasir obyektlər tikmək, infrastrukturu inkişaf etdirmək, o cümlədən bölgədə bir sıra birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Forumda B2B formatında görüşlər və "İnsan kapitalı. Aqrosənaye Kompleksinin dinamik inkişafının əsası ", "Şimal-Cənub iqtisadi dəhliz" mövzularda panel iclaslar keçirilib.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed