Şrift:
Avropada azərbaycanlıların koordinasiya şuraları yaradılır
29.09.2018 [10:13] - Xəbərlər, Diaspor
Almaniyada yaşayan azərbaycanlıların “Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradılır.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır.

Bildirilir ki, Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, əlaqələri gücləndirəcək və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcək.

Təsis iclasında iştiraka dəvət edilən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti bu ölkəyə yola düşüb. Nümayəndə heyətinin Almaniya ilə bərabər, İsveçrə və Fransaya da səfəri planlaşdırılır.

Fuad Muradov Avropaya səfəri çərçivəsində hər üç ölkədə dövlət rəsmiləri, Azərbaycan diaspor təşkilatları və orada yaşayan azərbaycanlılarla görüşəcək. "Soydaşlarımız da hesab edir ki, artıq dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının “....Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir” fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər. Məhz bu zərurətdən irəli gələrək Almaniyada yaşayan soydaşlarımız daha sıx birləşmək və səmərəli fəaliyyət göstərmək istiqamətində konkret addımlar atırlar", - deyə, Komitənin məlumatında bildirilir.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed