16.07.2012 [16:26] - Güney Azərbaycan xəbərləri
İran Prezidenti ölkə polisinin kinoteatr və restoranları bağlamasını tənqid edib
Polis kinoteatr və restoranları bağlamaq əvəzinə, əhaliyə seçim hüququ verməlidir. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün yeni ibtidai sinif dərsliklərinin təqdimatı mərasimində çıxışı zamanı deyib. Bu barədə İranın MEHR agentliyi məlumat verir.
"Dərsliklərdə İranın milli ənənələri, yeməkləri, mərasimləri və mədəniyyəti haqqında məlumatlar verilərsə, əhali seçim edə bilər və daha polisin filan restoranı, mərasimi və ya kinoteatrı bağlamasının şahidi olmarıq", - Əhmədinejad bildirib.
Son günlər İranda havaların isinməsi ilə əlaqədar paytaxt Tehran və digər şəhərlərdə polis hicabsızlığa qarşı reydlər həyata keçirir. Ötən gün keçirilən reydlər zamanı 135 nəfərdən çox qadın həbs olunub. 79 kafe və restoran qadınlara qəlyan çəkmələrinə icazə verdiyi üçün bağlanıb.
Əhmədinejad deyib ki, əgər xalqa lazımi təlimlər keçirilərsə, onlar öz seçimlərini edəcək.

Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |