Şrift:
İndoneziyada zəlzələ qurbanlarının sayı 1200-ü keçdi
01.10.2018 [10:05] - Gündəm, Hadisə
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200-ü keçib.

Bu barədə ölkə prezidenti Coko Vidodo açıqlama verib.

Yerli jurnalistlər dağıntılar altında qalanların sayının 2 mini keçə biləcəyini ehtimal edir. Hazırda adanın mərkəzində azı 16 min insan öz yaşayış yerlərini tərk ediblər.

Sulavesi adası sahillərində baş verən zəlzələ 6,1 və 7,5 bal gücündə olub.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed