17.07.2012 [01:42] - Diaspor
Artıq xəbər verdiyimiz kimi Almaniyanın Mannheyim şəhərində Avropada tibb təhsili alan azərbaycanlı tələbələrin və gənc həkimlərin II forumu işə başlayıb.
Forum “Biliyə əsaslanan səhiyyə naminə” devizi altında keçirilir və 150-yə yaxın gənc təbib iştirak edir.
Ayın 17-dək davam edəcək forumun məqsədi səhiyyə idarəetməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən müasir biliklərin ölkəmizə nəql edilməsi və bu biliklərin Azərbaycan vətəndaşlarının sağlamlığı naminə tətbiq edilməsinə töhfə verməkdir.
Forum, həm də dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən azərbaycanlı gənc həkimlər arasında, eləcə də onlarla ölkəmizin səhiyyə qurumları arasında dinamik və yaradıcı ünsiyyətin formalaşmasına yardım məqsədi daşıyır.
Qeyd edək ki, forum çərçivəsində Mannheim şəhərində “Azərbaycan gecəsi” adlı ziyafət də təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |