03.10.2018 [10:43] - Xəbərlər, Türk dünyası-Turan
II yazı
Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci il tarixində 11-ci Qızıl ordunun Azərbaycanı işğal etməsiylə yıxılır və yerini Nəriman Nərimanovun rəhbərlik etdiyi Azərbaycan Şura (Sovet) hökuməti (AŞH) alır. Bu dönəm Milli Mübarizə rəhbərliyi ilə Azərbaycan arasında hər sahədə daha çox sıx ilişkilərin meydana gəldiyi bir dönəm olur.
Bu arada, yeri gəlmişkən, müstəqil Azərbaycan dövlətinin süqutunda TBMM hökumətinin rolu olduğu barədə iddialara münasibət bildirməyin gərəkdiyini düşünürəm. Bu iddiada bulunanlara görə, TBMM hökuməti bolşeviklərdən kömək ala bilmək üçün Azərbaycanda sovet hökumətinin qurulmasını dəstəkləmiş, ən azından Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə dəstək olmamışdır.
Anadoludakı Milli Mübarizə idarəçilərinin, başlanğıcdan etibarən Rusiyada qurulan bolşevik rəhbərliyi ilə əlaqələri gücləndirməyə meyilli olduğu bəllidir. Çünki ölkəsində işğalçı imperilist güclərlə mübarizə aparan Anadolu türklərinin bunlara qarşı duruş gətirə bilmək üçün güclü bir dövlətin dəstəyinə ehtiyac vardı. Bu dəstək üçün ən uyğun ölkə isə, eyni imperialist güclərə qarşı olduğunu söyləyən bolşevik Rusiyası ola bilərdi. Bu nöqtədə sovet Rusiyası ilə Milli Mübarizə rəhbərliyi arasında vasitəçilik edə biləcək ən uyğun mərkəz Bakı idi. Bunun üçün Anadolu Milli Hökuməti ilə azərbaycanlı bolşeviklər arasındakı ilişkilər hələ Azərbaycanın sovetləşdirilməsindən öncə başlamışdı. Ancaq bunlar qeyri-rəsmi halda həyata keçirilirdi. Məqsəd azərbaycanlı bolşeviklərin kanalıyla böyük ehtiyac duyulan Rusiya yardımını təmin edə bilmək idi.
news-detail
Ancaq yeri gəlmişkən, bu dönəmdə Heyəti Temsiliye (Türkiyə Böyük Millət Məclisi 23 aprel 1920-ci ildə açıldığı üçün bu tarixə qədər olan daxili və xarici əlaqələr 04-11 sentyabr 1919-cu il tarixində toplanan Sivas Konqresində təşkil edilən Mustafa Kamal başqanlığındakı “Heyet-i Temsiliye” kanalıyla qüvvəyə minmişdir – A.A.), ilə Azərbaycan bolşevikləri arasındakı bu ilişkilərdə Türkiyənin amacının Azərbaycanın müstəqilliyini yox etmək və buranı sovet Rusiyasına vermək olmadığını qeyd etmək lazımdır.
Gərçi Doğu (Şərq) cəbhəsi komandanı Kazım Qarabəkir Paşa Mustafa Kamala yazdığı bir məktubla Gürcüstan və Azərbaycanda bolşevizmin yayğınlaşdırılmasını təklif etmişdir. O dönəmdə Azərbaycana yönələn XI Qızıl orduya qarşı müqaviməti əngəlləyə bilmək üçün bu ordunun Azərbaycanı işğal etməyə deyil, Anadoluya yardıma getdiyi fikri təlqin olunurdu. Bu fikir əsarət sonrası Azərbaycanda yaşamağa başlayan bəzi türkiyəli zabitlərlə yanaşı, bir sıra şəxslər tərfindən təbliğatın aparıldığı da bəllidir. (Məsələn, Məhəmməd Əmin Rəsulzadə 27 aprel 1920-ci il tarixində son dəfə toplanan Milli Məclisdə etdiyi çıxışında “Duyduğunuz bu təbliğat, düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun istədiyi 1914-cü ilin sərhədlərini almaqdır. Anadolunun imdadına getmək bəhanəsiylə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir” – demişdir. Hasanlı, “Azərbaycan tarixi”, s.408. Hətta bu ordunun başına Ənvər Paşanın əmisi Xəlil Paşanın keçəcəyi belə söylənmişdir. Swietochowski, Müslüman Cemaetten Ulusal Kimliğe, s 241 A.A.).
Yenə Mustafa Kamal Paşa, TBMM-də etdiyi bir çıxışında ingilislər tərəfindən Azərbaycanda bolşevizmə müqavimət aparmaq üçün yayılan, özlərini Türkiyə ilə anlaşdığı və Türkiyənin azərbaycanlıların bolşeviklərlə savaşmasını istədiyi fikrinin təbliğni “ingilis oyunu” olaraq bildirməklə, məqsədin Türkiyənin Doğudan (Şərqdən) da mühasirəyə almaq olduğunu ifadə etməkdədir. (Mustafa Kamalın 5 fevral 1920-ci il tarixində komandanlıqlara göndərdiyi və fevral 1920-ci il tarixindəki genəl siyasi durumu anlatdığı şifrəli direktiv, Atatürkün Tamim, Teleqraf və Bəyannamələri (1917-1938), cild 4, s.182. – A.A.)
Fəqət bütün bunların TBMM hökumətinin Azərbaycanda müstəqil bir hökumət olmasına qarşı olduğunu və ölkənin rus işğalına düşməsini dəstəklədiyi anlamına gəlmədiyini də söyləmək gərəkdir. Öncəliklə bunu bildirmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yıxıldığı 27 aprel 1920-ci il tarixində Anadoludakı Milli Mübarizənin mərkəzi olacaq Türkiyə Böyük Millət Məclisi cəmi 4 gün idi ki, fəaliyyətə keçmişdi (23 aprel 1920). Ankara hökumətinin hələ heç bir əsgəri, iqtisadi gücü yox idi. Siyasi cəhətdən də hələ öz varlığını tam möhkəmləndirə bilməmiş bir durumdaydı. Doğrudan da belə bir zamanda Azərbaycana bir dəstəyin mümkünsüzlüyünü söyləməyə gərək olmadığını sanıram. Buna rəğmən, Ankara hökuməti hər zaman Azərbaycanın müstəqil bir dövlət kimi var olmasını istəmiş və bunun reallaşmasına çalışmışdır.
news-detailnews-detail
Bunu Azərbaycan Xalq Cümhuriyyətinin varlığını Paris Sülh Konfransında Birinci Dünya savaşı qalibləri tərəfindən də rəsmən qəbul edilməsinin Türkiyədə oyatdığı təsirdə açıq şəkildə görürük. Bu qərar ölkənin hər yerində böyük bir sevinc meydana gətirmiş və o günün qəzetləri tərəfindən coşqu dolu ifadələrlə ictimaiyyətə çatdırılmışdır. Məsələn, Mustafa Kamal Paşanın ən yaxın arkadaşlarından bir olan Yunus Nadinin sahibi olduğu “Yeni Gün” qəzeti bu xəbəri “Azərbaycanın istiqlalı Sülh Konfransı tərəfindən təsdiq edilmişdir. Türklük aləmi yeni, müstəqil bir siyasi üvz qazanmışdır” başlığıyla verirkən, (Bundan başqa, 24 oktyabr 1919-cu il tarixli “İkdam” qəzetində çox maraqlı bir ifadənin yer aldığı görünməkdədir. Burada yenicə müstəqilliyini qazanmış Azərbaycanın siyasi durumu, iqtisadi potensialı ilə bağlı bir xəbərə yer verilməkdə və Azərbaycan “Türk İsveçrəsi” olaraq tanıdılmaqdadır – A.A.), Yunus Nadi də yazdığı başyazıda Azərbaycanın İstiqlalını “fövqəladə önəmli bir olay” olaraq dəyərləndirəcəkdir (“Azərbaycnaın İstiqlalı, “Yeni gün” qəzeti, 21 yanvar, 1920, s.1.”). İstanbulda yayınlanan “İfham” qəzeti də duyduğu mutluluğu, “Qardaş dövlət Azərbaycan… Türk aləmi yeni və önəmli bir siyasi üzv qazandı” sözləriylə dilə gətirəcəkdir.
O günün qəzetlərinə baxdıqda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması münasibəti ilə İstanbul başda olmaqla, Andolunun hər yerində şənliklər düzənləndiyi, bayram coşqusu yaşandığı haqda xəbərlərlə dolu olduğu görünür. Məsələn, İstanbulun ən güclü qəzetlərindən biri olan “İkdam” 31 yanvar, 1920-ci il tarixli sayında İstanbul Universitetinin tələbələrinin keçirdiyi şənlikləri “Qardaş Azərbaycanın istiqlalını qutlama yolunda Darülfünunda təzahürat” (nümayiş) başlığı ilə çap etmişdi. Daha sonra o dövrün ən böyük məhəlli qəzetlərindən biri olan “İzmirə Doğru” qəzetində “Qardaş Azərbaycanın istiqlalı, məmləkətimizin hər tərəfində nəşələr, səadətlər yaratdı” başlığıyla çap edilən xəbərdə Türkiyənin bir çox şəhərlərində edilən şənliklərə yer verildi. Eyni zamanda, milli mücadilənin ən önəmli strateji, təchizat mərkəzlərindən bir olan Kastamonuda yayınlanan və başlanğıcdan etibarən Mustafa Kamal Paşanın təsir dairəsində olan “Açıksöz” qəzeti də Kastamonu gənclərinin bir teleqrafla Azərbaycanın müstəqilliyini təbrik və bayram etdiklərini yazırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında tanınmasıyla bağlı maraqlı dəyərləndirmələrdən bir başqası da milli mübarizə vaxtı İstanbulda nəşr olunan, TBMM-nin açılışından sonra Ankara hökumətinin ən önəmli dəstək verənlərdən birisi olan “Vakit” qəzeti tərfindən endirilmişdir. Qəzetin 31 yanvar 1920-ci il tarixli sayında yer alan bir yorumda Azərbaycanın tanınmasının Türk dünyası üçün böyük bir başarı olduğu qeyd edilirdi. Bu yorumun başlığı 1918-ci ildə Azərbaycanı işğaldan qurtararkən şəhid olan Osmanlı Qafqaz İslam Ordusu əsgərlərinə həsr edilirdi:
“Azərbaycanın sancağını taziz… (sevgiylə xatırlama – A.A.) Şəhid Osmanlı Türkləri, Doğuda yaratdıqları istiqlalın doğuşuyla rahat olabilər”.
news-detailnews-detail
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Birinci Dünya savaşının qalib dövlətləri tərəfindən tanınmasının Türkiyədə oyatdığı böyük sevinc və şadyanalıqla bağlı daha çox örnək verilə bilər. Ancaq burada yalnız TBMM hökumətinin Azərbaycan Xalq Cümhuriyyətinin varlığının davam etməsinə qarşı olduğu, onun yıxılması üçün bolşeviklərlə işbirliyində bulunması iddialarına qısa bir cavab olaraq özəlliklə Mustafa Kamal Paşaya yaxın olan bəzi yayın orqanlarında yer tutan xəbər və yorumlardan bir qismini nəzərdən keçirməyə çalışdım. Bu qısa nümunələrdən də asanlıqla anlaşıldığı kimi Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasından az öncə meydana gələn bu gəlişiməyə bu qədər böyük ilgi göstərən, könüldən dəstək verən və bunu açıqcasına ifadə etməkdən çəkinməyən Milli Mübarizə rəhbərliyinin onun varlığının yox edilməsinə dəstək verdiyini söyləməyin gerçək bir yanaşma olmadığı aydın məsələdir. Yuxarıda qeyd etdiyimiz kimi, XI Qızıl ordu Bakını işğal etməzdən təxminən bir ay öncə Türkiyənin dörd bir yanı olduğu kimi, İstanbul da 21 mart 1920-ci ildə Antanta dövlətləri tərəfindən işğal edilmiş, Məclisi Məbusanın (Osmanlı Dövlətinin Məclisi) fəaliyyətinə xitam verilmişdi. Digər tərəfindən, Azərbaycan Xalq Cümhuriyyətinin yıxıldığı vaxtı TBMM-in elan edilməsindən cəmi üç gün keçirdi. Belə bir mənzərə içərisində hələ Türkiyənin özündə belə bir siyasi qüvvə təşəkkül etməmişkən, Azərbaycan üzərinə belə bir bazarlığın edilmiş olması iddiasını irəli sürmək də həqiqətə uyğun görünmür.
Bununla yanaşı, TBMM qurulduqdan sonra belə nizami bir ordunun təşəkkülü üçün uzun zaman lazım olmuşdur. Məlum olduğu kimi, 1921-ci ilin əvvəllərinə qədər işğalçılara qarşı dirəniş böyük ölçüdə, “Qüvveyi Milliyə” deyilən məhəlli milis qüvvətləri tərəfindən yürüdülmüş, ancaq, 1921-ci ilin əvəllərindən etibarən güclü və düzənli bir orduya keçmə ərəfəsinə gələ bilmişdir. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti yıxıldıqdan sonra Qızıl orduya qarşı meydana çıxan bəzi müqavimət hərəkatlarına hərbi bir dəstək verilməsi də mümkün deyildi.
Bütün bunlara baxmayaraq, Türkiyə Azərbaycanın müstəqil bir dövlət olmasını hər zaman dəstəkləmiş və qayğısını çəkmişdir.
Belə ki, Azərbaycanda şura hökuməti qurulduqdan sonra belə, o vaxt TBMM-in müşavirələrindəki müzakirələrdə bölgənin rus işğalına uğramasına qarşı tədbir görülməsi mövzusu ətraflı müzakirə edilmişdir. Buna görə, yəni Azərbaycanın yenidən rus hakimiyyətinin əlinə keçməsinin qarşısını ala bilmək üçün TBMM başqanı Mustafa Kamal Paşanın aidiyyatı orqanlara müxtəlif təlimatlar verdyi də o dönəmin sənədlərindən bəlli olur. Buna bir örnək olaraq, Mustafa Kamal Paşanın türk – sovet ilişkilərində izlənməsi gərəkən təməl siyasət mövzusunda Şərq Orduları Komandanlığına göndərdiyi 1 dekabr 1920-ci il tarixli şifrə təlimatın Azərbaycan ilə ilgili maddəsini diqqətinizə çatdırmaq istəyirəm:
“Maddə 13 – Azərbaycanın tamamən və həqiqətən müstəqil bir dövlət olmasına tərəfdarıq. Və bunun təmini üçün Rusları gücləndirmək və sayıq salmamaq şərtiylə təşəbbüsatı lazimede bulunacaqdır. Bu cəhətdən, məmləkətin neft və s. kimi öz iqtisadi qaynaqlarına sahib olması üçün yenə eyni şərtlə çalışacaqdır. Rusların Azərbaycana yapacaqları müamilənin bütün İslam aləminin bolşevikləri sınamaq üçün bir miyard olacağının ruslara anladılmasına çalışacaqlar.
news-detail
Qafqaz məsələsinin hüdud, əlaqə saxlamaq yolları (vesaiti nakliyye) və s. kimi nəzər nöqtəsindən həllində daima Azərbaycanın və Şimali Qafqaz mənfəətlərinin bilhassa (özəlliklə) nəzəri diqqətə alınmasına xüsusi önəm veriləcəyi kimi, 10.8.1920-ci ildə ruslar və ermənilər arasında imzalanan atəşkəs anlaşmasından Azərbaycana zərər verən maddələrin çıxarılmasına çalışılacaq və hər millətin müqəddəratına hakim olması düsturuna binaən, Qarabağ və s. kimi türk əksəriyyəti ilə məskun yerləri Azərbaycana bağlı bulunması təmin ediləcəkdir”.
İndi Azərbaycanın müstəqilliyinin var olmasına bu qədər diqqətlə və özənlə baxın, rus-erməni anlaşmasında belə Azərbaycanın zərərinə olan mənaları diqqətlə təqib edərək ortadan qaldırmaya çalışan, Azərbaycanın sadəcə siyasi deyil, iqtisadi gücünün də qayğısını çəkən TBMM hökuməti və onun başqanı Mustafa Kamal Paşanın Azərbaycanı ruslara təslim etmək kimi bir anlayışının olmadığını söyləməyə gərək yoxdur, – deyə düşünürəm. Ancaq o dönəmdə Türkiyə ordularının tərxis edilmiş, ölkənin böyük bir qisminin işğal altına girmiş və iqtisadi cəhətdən böyük bir çöküntü (iflas) içində olması, Anadoluda pöhrələnən milli hərəkatın hələ güclənə bilməməsi kimi səbəblərdən, Azərbaycan Xalq Cümhuriyyətinə yetərincə hərbi və siyasi dəstək verə bilməmişdir. Doğrudan da, o günlərin mənzərəsinə baxıldığında aşkarcasına dəstək göstərmənin nə qədər çətin və imkansız bir durumda olduğu açıq görünür.
2) Azərbaycan Şura (Sovet) hökuməti dövrü
Bu dövr 27 aprel 1920-ci il tarixində, Türkiyə Böyük Millət Məclisinin açılışından dörd gün keçmiş Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra qurulan müstəqil Azərbaycan Sovet Respublikası ilə ilişkiləri əhatə etməkdədir. Bildiyimiz kimi, bolşevik işğalının ilk illərində hər millətin öz müqəddəratını təyin edəcəyinə dair Lenin və Stalin tərəfindən bəyan edilən məşhur bəyannaməyə inanan çoxlu milli ziyalı həm Orta Asiyada, həm də Azərbaycanda bolşevikləri dəstəkləmiş və sosialist yönlü müstəqil siyasi idarəçiliklər qurmuşdular. Elə məhz Anadoluda milli mübarizənin başladığı və təşkilatlandığı dönəmdə, 1919-cu ilin mayından sonra Azərbaycanda da belə bir siyasi proses gedirdi. Azərbaycanın Sovet İttifaqına girmədiyi və hələ ki ancaq siyasi rejimini dəyişdirməsinə rəğmən, müstəqil bir dövlət olaraq varlığını davam etdirdiyi bu dönəmdə, Türkiyə – Azərbaycan ilişkilərini üç ana başlıqla araşdırmaq mümkündür: Siyasi, İqtisadi və hərbi.
Abdulhamit Avşar

Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |