Şrift:
Türkiyə: Türk Şurası çərçivəsində işlər həmrəylik şəraitində davam edəcək
05.10.2018 [10:17] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Dünya Türklərinin Həmrəylik Günü münasibətilə açıqlama yayıb.

Açıqlamada Türk Şurasının 2009-cu il oktyabrın 3-də Naxçıvanda qəbul olunmuş qərar əsasında təsis edildiyi xatırlanır. Diqqətə çatdırılır ki, Türk Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Ölkələrin Parlament Assambleyası və Beynəlxalq Türk Akademiyası tərəfindən bu günə qədər həyata keçirilən layihələr türk dünyasının birlik və bərabərliyinə böyük töhfə verib.

Qeyd olunur ki, cari ilin sentyabrında Macarıstanın da məşvərətçi statusla iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib. Türk Şurası çərçivəsində işlər həmrəylik şəraitində davam edəcək.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed