17.07.2012 [13:33] - DAVAMın yazıları
Türk AYDIN, professor
Türkiyə Cümhuriyyətinin qurucusu böyük Mustafa Kamal Atatürkün silahdaşı, məslək arkadaşı Süleyman Nafizin türk gənclərinə belə bir müraciəti var: “Ey türk gəncliyi! Sənə damarlarındakı qanı ərməğan edənlər qanlarının son damlasını Moskov müharibəsində tökdülər. Sən bu gün, yarın nə olursan-ol, fakat unutma ki, o şəhidlərin əbədi bir yetimisən! Dünyada bir rus, bir Rusiya durduqca, hakkın öldürmək, vəzifən isə yeri gəlirkən ölməkdir, ey Türkoğlu! Biz ikisi bir-birinə elə bir düşməniz ki, birinin yaşaması, o birinin ölməsi deməkdir, ey Türkoğlu!”
Fəqət, bizim gənclik çox təəssüf ki, bu kimi nəsihətlərdən çox uzaqdır. Bu təəssüf hissini keçirməkdə heç də məqsədimiz gəncliyi radikallaşdırıb başqa millətlərə qarşı nifrət hissi yaratmaq deyil. Əsla yox, məqsəd gəncliyi düşündürüb öz tarixinə, taleyinə bir qədər yaxınlaşdırmaqdır.
Bütün xalqların tarixində elə günlər var ki, onu heç cür unutmaq və unutdurmaq olmaz. Misal üçün, Türkiyədə Cumhuriyyət Bayramı, Zəfər Bayramı və s. Və yaxud xalqın həyatında qondarma bayramlar olur, onun qeyd olunması müxtəlif üsullarla insanların şüuruna hopdurulur. Bu isə müəyyən zaman keçdikdən sonra unudulur və insanların gülüş obyektinə çevrilir. Yaxın günlərə qədər təmtəraqlı keçirilən 1 May, 7 Noyabr (Oktyabr bayramı) kimi. Bu bayramların keçirilməsində iştirak etməyən insanların aldıqları cəza bu gün də acı gülüş yaradır.
Azərbaycan xalqının ən önəmli bayramlarından biri də 15 Sentyabr Bakının Qurtuluşu günüdür. Təsəvvür edin, uzun müddət azadlıq eşqi ilə yaşayan xalq günün birində bu sevgisinə qovuşur. Lakin öz baş kəndinə, yəni paytaxtına gələ bilmir. Görünür, bu da taleyin istehzasıdır. Bəlkə bu da taleyimizə, tariximizə olan biganəliyin məhsuludur. Bəlkə də azadlıq dediyimiz o ulu varlığın qəlbinizin süzgəcindən keçirə bilməməyinizin təzahürüdür. Düşünmürəm ki, nə o, nə də ağlımıza gələn digər neqativ duyğuların məhsuludur.
İkinci Dünya Müharibəsi ərəfəsində alman filosofları belə bir eksperiment etmişlər: Tikanlı məftillər arasında saxlanılan əsirlərə günün birində məftilləri qıraraq, “Qaçın, sizi azad etdik!” müraciətinə kimsə reaksiya verməmişdi. Buradan filosoflar belə bir nəticəyə gəlmişlər ki, uzun müddət əsarətdə yaşayan insanlar azadlıq ruhunu itirir.
Lakin 70 illik əsarətdən sonra müstəqilliyimizi bərpa edən Azərbaycan xalqı bu gün yaşayır və bağımsızlığını dəyərləndirir, qürur yaradır. Amma bu müstəqilliyin əldə olunmasında onun ən yaxın yardımçısına bu kimi diqqətsizlik, sayğısızlıq nədən yaranır?
Unutmayaq ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edən zaman Osmanlı imperatorluğu özünün ən ağır günlərini yaşayırdı. Ölkənin əsas obyektləri işğal olunmuş, dünyanın super gücləri türkü ölüm-dirim savaşına çəkmişdi. Belə bir ağır gündə özündə güc tapan mehmetcik yeni həyat quran Azərbaycan qardaşının harayına gəlmişdi. Ən ağır gündə belə qardaş harayı onun üçün görəv, vəzifə idi. Təsadüfi deyil ki, bu qurtuluş savaşından sonra Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Bakının hər bir küçəsində türk əsgərinin heykəli qoyulmalıdır”.
Təəssüf ki, nəinki türk əsgərinə, heç onun komandanı Nuru Paşaya belə bir anıt yoxdur. Hələ demirəm ki, 1924-cü ilə qədər Naxçıvanın bağımsızlığını qoruyub saxlayan Kazım Qarabəkir Paşanı yaddaşda saxlayacaq nə isə!
Hələ bunlar az imiş, Türkiyənin Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan futbol matçında hansısa əbləhin Azərbaycan bayrağına olan hörmətsizliyini əlimizdə “əsas” tutaraq Bakıda yerləşən türk şəhidlərinin məzarları üstündən Türkiyə bayrağının qaldırılması hansı əxlaqın təzahürüdür, hələ də məlum deyil!
Unutmayaq ki, 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edərkən bağımsızlığın Azərbaycan tərəfindən təkliflərindən biri Türkiyəyə ilhaq və türk bayrağı altında yaşamaq olub. Yenə də türk dövlətinin həssaslığı və ictimai-siyasi hadisələri dəqiq dəyərləndirməsi və Azərbaycanın təhlükəsizliyini düşünməsi nəticəsi olaraq öz üçrəngli bayrağını qaldırmasını məsləhət görmüşdür. Deməli, türkün marağı özündən başqa digər türk dövlətinin yaranması üzərində köklənmişdir. Bu ruhu biz Quzey Kıprız Türk dövlətinin də nümunəsində gördük. Bəli, türk əsgəri “Gel kardeşim, annen sene mohtaç. Koşmak, onu kurtarmaq vazifen. Karşında göyüş-bağr açıq ölgün yatıyor bak. Onsuz yaşamaqdansa bərabər ölüş əhvən!” şüarı ilə yaşayır.
Nuru Paşa ilə bərabər Bakıya girən hər bir türk əsgər Tofiq Fikrətin bu nidası ilə döyüşə atılırdı. Ona görə ki, o məfkurə insanı idi. Nə üçün savaşdığının mənasını bilirdi. O, bilirdi ki, millət yoludur, haqq yoludur, tutduğu bu yol!
Türkün 20-ci əsrin əvvəlində Azərbaycana və əsgərinə olan sevgisi bu gün də davam edir. Hec kimə sirr deyil ki, Azərbaycan öz milli ordusunu yeni strukturda, yəni NATO sisteminə uyğun müasirləşdirir. Bu da sirr deyil ki, NATO ordusunun ən aparıcı qüvvəsi turk əsgəridir. Deməli, burdada Azərbaycanın bəxti gətirib ki, onun ordu müəllimi öz qardaşıdır. Bu qardaşlığı biz İraqda, Əfqanıstanda, Saray-Bosnada, Kosovada görürük.
Lakin burada biz bir məsələni də vurğulamaq istərdik. Bu gün NATO sisteminə uyğunlaşan Azərbaycan ordusu, türk əsgəri libasında yeni formanı qəbul edib, lakin dərəcələr hələ də rus ordusunun adlarını daşıyır: leytenant, polkovnik-leytenant, polkovnik və s. Nə üçün, gül kimi anlayışlar var, yalnız türk ordusundan deyil, eyni zamanda tarixi Şah İsmayıldan da belə gəlmə: teğmen, üstteğmen, yüzbaşı, minbaşı, yarbay, albay və s.
Bu gün ordumuza baxdıqda bir bitməmişlik kompleksi yaranır. Daha dəqiq desək, forma ilə məzmunun vəhdəti görünmür. Yəqin ki, bu da biganəliyimizin bir təzahürüdür. Bütün bu düşüncələri ortaya qoymaqda bir məqsədimiz var. Xalqımızda belə bir deyim mövcuddur: “Ordun var, yurdun var!” Yəqin hər kəsə məlumdur ki, yurd vətən deməkdir. Vətən isə müstəqil dövlət deməkdir. Müstəqilliyin və vətənin qarantı hər şeydən əvvəl onun ordusudur. Bu gün orduya olan sayqı vətənin sabahının qarantıdır.
Bu gün Azərbaycanda əzəmətli ordu qurulur, məktəbi və sənayesi ilə. Ayrıca Ordu Quruculuğu Günü də var: 26.06.1918. Bütün bunlara rəğmən 15 Sentyabr 1918-ci il xüsusi məna kəsb edir. Azərbaycan insanı, xüsusilə gənclik bu günə böyük dəyər verməlidir.
15 Sentyabr sözün əsl mənasında Azərbaycanın qurtuluş günüdür. Həmin gün olmasaydı, ölkəmizin bağımsızlığı mümkün deyildi. Biz bu günə, bu günün sərkərdəsinə, əsgərinə borcluyuq!
Bu günə bağlı türk əsgərinin zəfər yürüşünün bir məziyyətini də diqqətə çatdırmaq istərdim. Türkiyə, daha dəqiq desək Osmanlı dövləti Birinci Dünya savaşından məğlub çıxdı. Amma 1915-ci il Çanaqqala savaşı ilə hərb tarixinə zəfər damğası vurdu. Osmanlı dövləti Birinci Dünya müharibəsini kayb etdi. 1918-ci il sentyabrın 15-i türk əsgəri Azərbaycan zəfərini qazandı.
Vətəndaşlarımız 15 Sentyabrı “Bilik Günü” kimi qeyd edir. Bu günü biz bir neçə il bundan əvvəl 1 sentyabrda qeyd edərdik. Yəni, dərs ilinin başlanğıcı kimi. Deməli, bu tarix keçicidir. Günün birində bu tarix lap oktyabrda da ola bilər – yəni, təyin edirik. Amma 15 Sentyabr tarixdir axı, böyük və şərəfli tarix. Bunu dəyişmək olmaz. Gəlin, tariximizi dəyərləndirək.

Bu xəbər oxucular tərəfindən 1549 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |