Şrift:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
05.10.2018 [10:19] - Gündəm, Türkün şanlı tarixi
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Fonddan bildirilib ki, G. Əfəndiyeva Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türk Şurasının VI Sammitində imzalanan sənədlərin və qəbul olunmuş qərarların türk dünyası üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, məqsədləri və həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. G.Əfəndiyeva, həmçinin Prezident İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncamından və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa işlərindən söz açıb.

Bakıya səfəri çərçivəsində ilk görüşünün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə keçirdiyini qeyd edən Bağdat Amreev, Fondun fəaliyyət istiqamətini yüksək qiymətləndirdiyini və bu baxımdan istər mədəniyyət, istərsə də digər sahələrdə Azərbaycanın türk dünyası üçün mühüm rol oynadığını, xalqları birləşdirən mərkəz olduğunu söyləyib. B. Amreev Türk Şurası ilə digər türkdilli təşkilatlar arasında effektiv koordinasiyanın təşkili və türk mədəniyyətinin inteqrasiyasının daha da inkişaf etdirilməsi istiqamətində işlərin aparılmasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan baş katib ortaq fəaliyyətin bu qədim mirasın daha geniş maştabda tanıdılmasında böyük töhfə verəcəyinə, Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında uğurlu əməkdaşlığa dair inamını ifadə edib.

Sonda, qurumlar arasında əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən birgə həyata keçiriləcək proqramlar barədə danışıqlar aparılıb.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed