Şrift:
Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin tam siyahısı açıqlanıb
06.10.2018 [10:59] - Sağlıq
Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin icmal siyahısı dərc olunub.

Bununla bağlı qərarı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev imzalayıb.

Siyahıda, ümumilikdə, 11201 dərman vasitəsinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi, istehsalçı şirkəti, topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi yer alıb.

Qərar imzalandığı gündən qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed