Şrift:
Yaponiya Kurilin cənubundakı təlim atəşlərinə görə Rusiyaya etirazını bildirib
10.10.2018 [10:03] - Gündəm, Hərb
Yaponiya hökuməti Kuril adalarının cənubunda keçirilən təlim atəşlərinə görə diplomatik kanallar vasitəsilə Rusiayaya etirazını bildirib.

Bu barədə oktyabrın 10-da Tokioda keçirilən ənənəvi mətbuat konfransında Nazirlər Kabinetini baş katibi Yoşihide Suqa məlumat verib.

“Belə təlimlər dörd şimal adasında Rusiya silahlı qüvvələrinin iştirakını möhkəmləndiməyə doğru aparır. Bu isə bizim mövqeyimizin tam əksinədir. Odur ki, oktyabrın 9-da Rusiya tərəfinə etirazımızı bildirdik”, - deyə Y.Suqa söyləyib.

Kyodo agentliyinin məlumatına görə, etiraz Rusiyanın Tokiodakı səfrliyi vasitəsilə çatdırılıb.

Baş katib əlavə olaraq deyib: “Məsələnin köklü şəkildə həlli üçün şimal əraziləri probleminin özünü həll etmək lazımdır. Biz bununla əlaqədar Rusiya tərəfi ilə birbaşa danışıqları davam etdirmək niyyətindəyik”.

“Sankey” qəzetinin yaydığı məlumatda Rusiya tərəfinin oktyabrın 8-də Tokionu Kuril adalarının cənubunda keçiriləcək və ayın 10-dan 13-dək davam edəcək təlimlər barədə məlumatlandırdığı bildirilir. Diqqətə çatdırılır ki, raketlərin buraxılması da daxil olmaqla təlimlər cari ildə doqquzuncu dəfədir keçirilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed