Şrift:
“Maykl” qasırğası üçüncü kateqoriyayadək güclənib
10.10.2018 [10:10] - Xəbərlər, Hadisə
“Maykl” qasırğası Meksika körfəzində üçüncü kateqoriyayadək güclənib və Florida sahillərinə doğru hərəkət edir. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

RİA Novosti agentliyi xəbər verir ki, sinoptiklər küləyin saatda 195 kilometrə çatdığını bildirirlər. Əhali fırtına, leysan və daşqınlar barədə məlumatlandırılıb.

Florida sahillərindən 435 kilometr məsafədə olan qasırğa saatda 19 kilometr sürətlə ştata doğru irəliləyir. ABŞ-ın Alabama və Florida ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Ötən gün “Maykl” Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed