Şrift:
Millət vəkili: “Qarabağ problemi bütün dünya türklərinin problemidir”
18.07.2012 [11:32] - Sosial
Türk Ocaqlarının 100-cü ildönümü ilə bağlı İspartada təşkil edilən tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının fəaliyyətinə verdiyi dəstəyə görə mükafata layiq görülüb.

Mükafata görə təşəkkürünü bildirən millət vəkili çıxışında bildirib ki, bu gün Əli Bəy Hüseyinzadənin, Əhməd Bəy Ağaoğlunun və “Türk Ocaqları”nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğu gündür: “Məhz onlar “Türk Ocaqları”nın qurucuları olub, silahdaşları ilə bərabər bu qurumu qardaş ölkənin ən nüfuzlu təsisatlarından biri halına gətiriblər. Burada iştirak edən hər kəs çox bəxtiyardır ki, “Türk Ocaqları”nın 100 illik şərəfli yubileyinin iştirakçısıdır. Türk Ocaqlarının 100-cü ildönümü tədbirləri Bakıda da yüksək səviyyədə keçirilib”.

Q.Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk Dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu respublikalar və əslində bütün regionun, türk dünyasının birliyi, bərabərliyi üçün faydalı olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında ortaq mövqeyin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirib:
Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri Mehmet Öz ilə görüşüb. Görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib.

Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabı Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə yayılmasını yüksək qiymətləndirib.
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed