18.07.2012 [13:58] - Borçalı
- Aybəy müəllim, ekspertlər (karşünaslar) İranın Borçalı bölgəsində fəal siyasət yürütdüyünü qeyd edirlər. Bu gün İranın Gürcüstan siyasətində Borçalı məsələsi hansı önəmi daşıyır?
- İranın Cənubi Qafqaz siyasəti baxımından Gürcüstan xüsusi əhəmiyyətə malik ölkələrdən biridi. Əlbəttə, İranın Azərbaycan və Ermənistanda olan maraqları ilə müqayisədə Gürcüstan daha az əhəmiyyətə malikdir. Buna baxmayaraq İranın Cənubi Qafqazda maraqları baxımından və İran Gürcüstan münasibətləri bağlamında Borçalı xüsusi önəm daşıyır. Beləki, Qafqazda öz təsir imkanlarını saxlamaq üçün Borçalı strateji cəhətdən mühüm və vacib ərazidir. Xüsusilə də İran Borçalıdan Qafqaz dövlətlərinin və bölgədə marağı olan digər dövlətlərin siyasətlərinə təsir etmək üçün istifadə etməyə çalışır.
- Sizə elə gəlmir ki, İran bunu etməklə Azərbaycan və Türkiyəni bu bölgədən çıxarmağa çalışır?
- Azərbaycan və Türkiyədən fərqli olaraq İran Gürcüstanla birbaşa sərhəddə malik deyil. Gürcüstanın Azərbaycanla 322 km, Türkiyənin isə 252 km sərhəddi var. Belə olan halda İranın Azərbaycan və Türkiyəni bu bölgədən çıxarması fikri ən azı coğrafi baxımdan mümkünsüzdür. Coğrafi bağlılıqdan əlavə tarixi və mədəni bağlılıq bu üç xalqı bir-birinə sıx tellərlə bağlayır. Digər tərəfdən Gürcüstanda yaşayan əhalinin 6.5 % -i azərbaycanlıların təşkil etməsi, bu fikri bir daha təsdiqləyir. Bu gün Azərbaycan Gürcüstan və Türkiyəni bir sıra mühüm bölgəsəl layihələr birləşdirir hansı ki, bütövlükdə Qafqaz bölgəsinin inkişafına xidmət edir. Həmçinin, Avro-Atlantik birliyinə inteqrasiya (qaynayıb qarışması) bu üç dövlətin xarici siyasətindəki əsas amillərdən biridir. Belə olduğu təqdirdə düşünürəm ki, İranın Azərbaycan və Türkiyəni bu bölgədən çıxarması mümkünsüzdür.
- Belə olan halda Azərbaycan nə etməlidir?
- Azərbaycan hər zaman öz tərəfdaşları ilə, xüsusilə də qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətlərinin qorunmasına üstünlük verib. Yalnız Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu münasibətlərin ondan yan keçməsinə səbəb olmuş və bölgədə sülhə və təhlükəsizliyə başlıca təhdid hesab olunur. Hesab edirəm ki, Azərbaycan öz milli maraqları çərçivəsində balanslaşdırılmış xarici siyasətini davam etdirməli həm qonşu, həm də tərəfdaş ölkələrlə ikitərəfli əlaqələri gücləndirməli və belə olduğu halda bölgədə sülhün və sabitliyin qorunmasına öz töhvəsini vermiş olacaq.
Söhbətləşdi:Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1633 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |