Şrift:
“Traxtur”un birinci müsabiqəsi Güney azərbaycanlı siyasi məhbuslara həsr ediləcək
18.07.2012 [15:30] - Güney Azərbaycan xəbərləri
Təbrizin “Traxtur” futbol takımının tərəfdarları tərəfindən sayca 25-ci bəyanat yayılıb.

Bəyanatda qısaca qeyd olunur:

"Son illərdə müqavimət simvolu olan Səid Mətinpur kimi çoxlu Güney azərbaycanlı qəhrəmanlar fars şovinizmi tərəfindən zindanlara salınıb.

Keçən ildə vəziyyət dəyişmədi və Azərbaycan uğrunda mübarizə aparan soydaşlarımız həbsxanalara salındı.

Bu il Urmu Gölünün nicatı ilində də mübarizə davam edir və azərbaycanlı fəallar həbs olunur. Soydaşlarımız dəfələrlə hakimiyyətin aparteid siyasətinə qarşı dinc etiraz ediblər və hakimiyyət buna da dözməyib, bir çox soydaşımızı həbs edib. Onların bir çoxu 2 aydan çoxdur ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanalarında işgəncələr altında və naməlum durumda saxlanılır. Ona görədə, biz “Traxtur” tərəfdarları cəsarətli Azərbaycan Milli Hərəkat fəallarının zəhmət və qəhrəmanlıqlarını qiymətləndirərək, yeni mərhələdə “Traxtur”un birinci müsabiqəsini Azərbaycan Milli Hərəkatının siyasi məhbuslarının adına həsr edib və bir daha İranın faşist hakimiyyətinə xəbərdarlıq edirik ki, bir gün gələcək Azərbaycan xalqı tərəfindən bütün bu zülmlərin cavabı veriləcək".
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed