18.07.2012 [15:33] - Gündəm, Diaspor
Pakistanda böyük oxucu auditoriyasına malik ingilisdilli “Diplomatic Star” jurnalında tanınmış jurnalist Amir Mahmud Battinin “Nizami Gəncəvi 870” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə Şərqin dahi şairi və filosofu Nizami Gəncəvinin gənclik illərindən, sürdüyü təvazökar və zahid həyat tərzindən bəhs olunur. Jurnalist Nizaminin öz yaradıcılığına lirik poemalar, qəzəllər və qəsidələrin yazılışından başladığını qeyd edərək onun dünya ədəbi irsinə “Xəmsə” ilə daxil olduğunu bildirib.
Məqalədə Nizaminin Azərbaycanın böyük vətənpərvər oğlu olduğu, bütün ömrünü doğma Gəncədə keçirdiyi, öz xalqının qəhrəmanlıq tarixi ilə fəxr etdiyi vurğulanıb. Azərbaycan xalqının Nizami yaradıcılığına böyük məhəbbətlə yanaşdığı, Bakı şəhərinin mərkəzində ona heykəl ucaldıldığı, onun adını daşıyan çoxsaylı institut və küçələrin olduğu da qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 1801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |