18.07.2012 [15:38] - Türk dünyası-Turan
Qazaxıstan əlifbasından 14 hərfin silinməsi təklif olunub. Bu təşəbbüşlə qazax türkcəsində yayınlanan “Abay.kz” saytı çıxış edib.
“Qurbanlıq” isə 13 rus - "й", "в", "ё", "ф", "х", "ц", "щ", "ь", "ы", "ъ", "э", "ю", "я", həmçinin "h" hərfidir.
Müəlliflər XX əsrin əvvəllərində linqvist Əhməd Bəytursınovun tərtib etdiyi əlifbanın işlədilməsini məqsədəuyğun sayırlar. Ərəb qrafikası ilə hazırlanan bu əlifbadan hazırda xarici ölkələrdəki, xüsusən də Çindəki Qazaxıstan diasporu istifadə edir.
İndiki dövrdə Nursultan Nazarbayevin rəhbərlik etdiyi ölkədə 33 hərfli kiril əlifbasından və əlavə 9 hərfdən istifadə olunur.
İslahatçılar kiril işarələrinin Bəytursınov hərflərilə əvəzlənməsini və bunun Qazaxıstan ərazisində tətbiqini vacib sayırlar. Əgər yeni sistem tətbiq edilərsə, fonetikada da dəyişiklik olacaq. Məsələn, Fransa “Pransiia”, Vladivostok “Bladibostok” kimi səslənəcək.
Onu da qeyd edək ki, yaxın vaxtlarda bir qrup vətəndaş ölkə rəhbərliyinə müraciət edərək rus olan şəhər, kənd, küçə və meydan adlarının dəyişdirilməsini xahiş etmişdilər. Müraciətdə bu adların totalitar sovet dövründən qaldığı bildirilirdi.

Bu xəbər oxucular tərəfindən 1480 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |