Şrift:
Azərbaycanın Ukraynadakı səfirliyində diaspor fəalları və ziyalılarımızın iştirakı ilə müzakirələr aparılıb
16.10.2018 [10:50] - Diaspor
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə oktyabrın 15-də bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin, ziyalıların iştirakı ilə “dəyirmi masa” keçirilib.

Səfirlikdə keçirilən görüşdə Ukraynada Azərbaycan diasporunun yeni miqyasda təşkilatlanmasının, dünyanın yeni çağırışlarına cavab verən fəaliyyətin vacibliyi vurğulanıb.

Ukrayna cəmiyyətinə inteqrasiyasının vacibliyini vurğulayan səfir Azər Xudiyev bildirib ki, Azərbaycan diasporu daha effektli, kreativ şəkildə fəaliyyətini gücləndirməlidir. Səfir qeyd edib ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. “Ukraynada yaşayan azərbaycanlılar dövlətimizin başçısının qarşımıza qoyduğu tələbləri ən yüksək səviyyədə icra etməlidir”,- deyə səfir vurğulayıb.

Tədbirdə iştirak edən diaspor fəalları, ziyalıları çıxışlarında azərbaycançılıq ideyası ətrafında sıx birləşməyin, ümummilli məsələlərdə daha effektiv təsirli imkanlardan istifadə edilməsinin önəmli olduğunu qeyd ediblər. Bildirilib ki, bu gün dünyada diaspor təşkilatlarının vahid ideya ətrafında birləşməsi istiqamətində görülən işlər təqdirəlayiqdir.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed