Şrift:
Azərbaycanın Misirdəki diaspor fəalları “Nil Mədəniyyət” televiziya kanalının qonağı olublar
16.10.2018 [10:55] - Diaspor
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəal xanımları İnarə Osmanova, Səbinə Səmədova və Sandi Səlim Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalında “Mənim gecəm” proqramının qonağı olublar.

Canlı yayımlanan verilişin əsas mövzusu “Azərbaycan qadını keçmişdən bu günə qədər” olub.

Verilişdə azərbaycanlı xanımlarımız milli mətbəximizin, nişan və toy adətlərimizin Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutduğunu vurğulayıblar. Həmçinin milli geyimlərimizi nümayiş etdirərək geyim mədəniyyəti haqqında söhbət açıblar, Azərbaycanda qadınların təhsilə nə qədər böyük maraq göstərdiklərini qeyd ediblər. Diaspor fəalları Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən də danışıblar.

Verilişdə Azərbaycanın xalq mahnısı “Sarı gəlini”i ifa edilib, ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş olunub.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed