Şrift:
Litvanın xəbər portalında Qarabağ probleminə dair məqalə dərc edilib
18.07.2012 [16:15] - Diaspor
Litvanın aparıcı portallarından biri olan www.balsas.lt resursunda Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü, litvalı tarixçi Arvidas Banyulisin geniş həcmli analitik məqaləsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, məqalə Litva Seyminin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi barədə qətnamə” ilə bağlı 10 may 2012-ci il tarixli iclasının stenoqramı əsasında yazılıb. Xatırladaq ki, qətnamə layihəsi bir qrup millət vəkilinin təşəbbüsü ilə Seymin katibliyində hələ 2010-cu ilin dekabr ayında qeydiyyatdan keçirilmişdi. Sənədə Seymin 141 üzvündən 75 nəfəri imza atmışdı. 10 may 2012-ci il tarixində qətnamə qəbul edilmək üçün Seymin plenar iclasının gündəminə salınıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyulub. Səsvermədə Seymin 68 üzvü iştirak edib. Onlardan 29 nəfəri qətnamənin qəbul edilməsinin lehinə, 15 nəfər əleyhinə səs verib, 24 millət vəkili isə bitərəf qalıb. Beləliklə, sənədin qəbul edilməsi üçün cəmi 6 səs çatmayıb.

Litvalı müəllifin məqaləsində qətnamə ilə bağlı Litva parlamentində gerçəkləşən siyasi spekulyasiyalar, habelə Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətə Litvada dəstək verən bir sıra millət vəkillərinin fəaliyyəti kəskin şəkildə pislənib.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed