Şrift:
“Bakı-Tiflis-Qars dəmir yolu 2014-cü ildə tam istifadəyə veriləcək”
18.07.2012 [16:17] - İqtisadiyyat
Bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan Türkiyə sərhədinədək olan hissəsi hazır olacaq.

Bu barədə nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının Bakıda keçirilən dördüncü iclasında bildirib.

Türkiyədə də tikinti işlərinin eyni vaxtda başa çatacağını bildirən nazir qeyd edib ki, BTQ dəmir yolu planlaşdırıldığı kimi, 2014-cü ildə tam istifadəyə veriləcək. Məhz 2014-cü ildə sərnişin və yükdaşıma əməliyyatları tam gücü ilə fəaliyyət göstərəcək.
Bu xəbər oxucular tərəfindən 1266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed