Şrift:
Azərbaycanda arı yeşikləri daşıyan maşınlara xüsusi yol nişanlarının vurulması təklif edilir
18.10.2018 [11:12] - Hüquq
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda yerli damazlıq arı sortlarının artırılması üçün “Arıçılıq haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır.

V.Hüseynov qeyd edib ki, nazir İnam Kərimovla görüşən Azərbaycan Arıçılar Assosiasiyanın üzvləri arıçılığın inkişafına dəstək verən 10-dan çox təklif səsləndiriblər. Arıçılar arıçılıq üçün lazım olan yeşiklərin, pətəklərin, taraların Azərbaycanda istehsalının təşkilini, arılar üçün dərmanların gətirilməsi, arıçılıq üçün xüsusi laboratoriyanın qurulması, arı xəstəliklərinə qarşı mübarizə işinin təşkili, arıçılar üçün təlimlərin keçirilməsi kimi məsələri təklif ediblər
Arıçıların təklif etdiyi əsas məsələlərdən biri də arı yeşiklərinin gəzdirilməsi zamanı nəqliyyat vasitələri üçün xüsusi şəraitin yaradılmasını, belə maşınlara xüsusi yol nişanlarının verilməsi, onların təhlükəsizliyinin təmini olub:

"Arıçıların arı yeşiklərini daşıması üçün maşının konstruksiyasında müəyyən qədər dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Bu halda da həmin maşınlara xüsusi nişanların verilməsi məsələsi gündəmə gəlir”.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed