Şrift:
Erməni gülləsinə tuş gələn şəhidin qəbirüstü abidəsi götürülüb
19.07.2012 [11:50] - Sosial
Ötən ay cəbhə bölgəsində erməni snayperinin gülləsinə tuş gələn şəhid əsgər Xalis Əzizovun yas mərasimi Şəki şəhər icra strukturları tərəfindən təşkil edilib.

Bu barədə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Şəki şəhərində anadan olan, bu ilin iyun ayında Qazax rayonu ərazisində şəhid olan əsgər X.Əzizovun qəbirüstü abidəsi götürülüb və mərmərdən hazırlanmış daş qoyulub, ətrafı abadlaşdırılıb.

Məlumatda o da bildirilir ki, şəhid X.Əzizovun Şəki şəhərində dəfn və “üç” mərasimləri şəhər icra hakimiyyəti tərəfindən bütün islam qaydalarına uyğun olaraq təşkil olunub, şəhər rəhbərliyi bu tədbirlərdə iştirak edib. Eyni zamanda Əzizovlar ailəsinin problem və qayğıları ilə yaxından maraqlanıb, maddi və digər köməkliklər göstərilib.

Bəzi şəxslərin şəhidin adından istifadə etmələri isə narahatlıq doğurur:

“Çox təəssüf ki, şəhid atası görülən işlərlə bağlı minnətdarlıq və razılığını bildirsə də, əslində şəhidin və ailəsinin adından sui-istifadə edənlər az deyil və belə uydurma məlumatlar bəzi kütləvi informasiya vasitələrinə qədər yol tapır. Şəki Şəhər İcra Hakimiyyəti şəhid adı ilə spekulyasiya ilə məşğul olanların diqqətinə çatdırır ki, qərəzli mövqe nümayiş etdirərək belə məsələləri mətbuata çıxarmaq əslində şəhidin ruhunu təhqir edir”.

R.Abdulov
Bu xəbər oxucular tərəfindən 1207 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed