Şrift:
Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada səkkizinci yerdədir
22.10.2018 [10:08] - Sağlıq
Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada ilk onluğa düşüb.

Gürcüstanda qeyri-infeksion xəstəliklərdən ölən kişilər əsasən 30-70 yaş arasındadır. Ölkə bu göstərici ilə dünyada 8-ci yerdədir.

Birinci 3 yeri Monqolustan, Fici və Qazaxıstan tutur.

Jurnalın məlumatına görə, alimlər 180 ölkədə xərçəng, şəkərli diabet, ürək-damar və nəfəs yollarının iltihabından ölüm hallarının artım dinamikasını öyrəniblər. Bu ölkələrdə həmin xəstəliklərdən ölən kişilər əhalinin 34,9 faizini, qadınlar isə 15,9 faizini təşkil edib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed