Şrift:
Azərbaycan gəmiləri “Uran-E” raket kompleksləri ilə silahlandırılacaq
19.07.2012 [12:47] - Gündəm, Hərb
“Uran-E” kompleksi 5 min tona qədər çəkili suüstü gəmilərin məhvi üçün nəzərdə tutulub
Azərbaycan Rusiyanın “Taktik Raket Silahlandırmaları” Korporasiyasına “Uran-E” gəmi raket kompleksləri sifariş verib. Bu barədə adıçəkilən şirkətin hesabatında məlumat verilib.
Azərbaycan 2010-cu ildə 75 milyon ABŞ dolları dəyərində “Uran-E” kompleksinin satın alınmasına dair sifariş yerləşdirib. Azərbaycanın sifarişi üzrə komplekslərin çatdırılması 2014-cü ildə yekunlaşmalıdır.
Şirkətin hesabatında Türkmənistan və Qazaxıstan da analoji komplekslər sifariş verdiyi qeyd olunub. Türkmənistanın birinci sifarişinin məbləği 79.8 milyon dollar, ikinci sifarişin məbləği isə 40 milyon dollardır (ikinci sifarişin kompleks və ya raketlər olduğu açıqlanmayıb). Korporasiya Türkmənistanın əsas sifarişləri üzrə çatdırılmaları bu il yekunlaşdıracaq. İkinci sifarişin icrası isə 2014-cü ildə başa çatdırılmalıdır. Qazaxıstanın sifarişi isə 30 milyon dollar həcmindədir və bu ölkənin sifarişi üzrə çatdırılmalara 2013-cü ildə başlanacaq.
Qeyd edək ki, suüstü gəmilərin, katerlərin və köməkçi gəmilərin silahlandırılmasında istifadə olunan “Uran-E” kompleksi 5 min tona qədər çəkili suüstü gəmilərin məhvi üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed