Şrift:
DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi
23.10.2018 [11:23] - Gündəm, Sosial, Bildiriş
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin xəbərdarlığında deyilir:

“Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar”.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed