Şrift:
Baş infeksionist: Qərbi Nil virusunun ölkəmizdə yayılma təhlükəsi yoxdur
25.10.2018 [11:05] - Sağlıq
Özünü yüksək hərarət, başağrısı, yorğunluq, bütün bədəndə ağrı, ürək bulanması və dəridə səpkilərlə büruzə verən Qərbi Nil xəstəliyi Avropada 142 nəfərin həyatını itirməsi ilə nəticələnib. Xəstəlik limfa vəzlərinin şişməsi, şüurun itməsi, hətta komaya düşmə hallarına da səbəb ola bilər.

Virusun ölkəmizdə yayılma təhlükəsi olduqca aşağıdır. Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev məlumat verib. Onun dediyinə görə, xəstəliyə isti iqlim zonasında daha çox təsadüf edilir. Onun yayılmasında daha çox ağcaqanadlar və quşlar rol oynayır.

Baş infeksionist deyib: Qərbi Nil virusunun ölkəmizdə yayılması üçün rezervuar yoxdur. İndi payız fəsli olduğundan köçəri quşlar isti ölkələrə gedir və Afrika ölkələrindən gələn quşlar yoxdur. Yalnız Avropa ölkələrindən həmin virusun gəlmə ehtimalı ola bilər. Belə hal olarsa, dərhal həkimə müraciət etmək lazımdır. Hələlik isə belə təhlükə yoxdur”.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed