26.10.2018 [10:27] - Hadisə
Türkiyə Camal Kaşıkçının öldürülməsi ilə bağlı cinayət işi üzrə informasiyanı beynəlxalq təşkilatlarla bölüşməyə hazırdır. Lakin təhqiqatı rəsmən beynəlxalq müstəviyə çıxarmağı planlaşdırmır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz təhqiqatla məşğuluq və qarşılıqlı fəaliyyətdə maraqlı olan hər kəslə əməkdaşlıq edirik. Lakin hazırda bu məsələni beynəlxalq səviyyəyə çıxarmaq və cinayət işini beynəlxalq məhkəməyə vermək niyyətimiz yoxdur”, - deyə Mövlud Çavuşoğlu bildirib.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib və buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Kaşıkçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.
İndiyədək krallıqda cinayət işi ilə bağlı 18 nəfər həbs olunub. Səudiyyə Ərəbistanı kralı mərhumun ailə üzvlərini qəbul edərək onlara başsağlığı verib.

Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |