Şrift:
Azərbaycan gəncləri Rusiyada beynəlxalq konfranslarda və düşərgədə iştirak edirlər
20.07.2012 [09:31] - Gənclik
Rusiyada “Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü” çərçivəsində beynəlxalq gənclər təşkilatının yaradılması məqsədilə konfranslar keçirilir.

Azərbaycan tədbirdə Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadənin rəhbərliyi ilə ARGTMŞ-nin üzvləri olan “Gələcəyə Körpü”, Gənc Hüquqşünaslar Birliyi,”Sağlam Düşüncə” Gənclər Təşkilatı, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “İrəli” gənclər təşkilatlarının nümayəndələri ilə təmsil olunur.

Qeyd edək ki, iyulun 18-dən etibarən Kaluqa vilayətinin “Etno – mir” qəsəbəsində beynəlxalq gənclər düşərgəsi də davam edir və tədbir çərçivəsində iyulun 20-21-də beynəlxalq gənclər konfransı təşkil olunacaq.

Tədbirlər zamanı iştirakçılarla Rusiya Şurası, Dövlət Duması, Xarici İşlər Nazirliyi və İctimai Palatada görüşlərin keçirilməsi də planlaşdırılır.

İyulun 22-də isə Moskva şəhərində rəsmi nümayəndələr və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed