20.07.2012 [09:36] - Güney Azərbaycan xəbərləri
Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, İranda həbsdə olan azərbaycanlı şairlərin qohumları ilə görüşməsi üçün razılıq əldə olunub. Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi mümkün olacaq.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatla bağlı İranda həbsdə olan şair, jurnalist Fərid Hüseynin anası Tahirə Hüseynova ilə əlaqə saxlanılıb. O bildirib ki, bu haqda ona rəsmi qurumlar xəbər verməyib. Onun sözlərinə görə, ötən gün saat 19.00 radələrində Fərid özü anasına zəng vuraraq, onunla görüşməyə icazə verildiyini deyib: “Oğlumla telefonla danışdım. Dedi ki, Təbrizə gəlib yerli məhkəməyə müraciət edib, bizimlə görüşə bilərsiz. Başqa heç kim mənə bu haqda bir məlumat verməyib. Mən oraya gedib həbsdə olan oğlumla görüşməyi düzgün hesab etmirəm. Onsuz da ağır yüklü dərdimi təzələyəcəm. Bu həm onun üçün, həm də mənim üçün çox ağır olar. Mən öz vətənimdə övladımı gözləyirəm. Bu istiqamətdə çalışan, iş görən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Qarşıdan orucluq ayı gəlir. İnşallah bu müqəddəs ayın övladımın həbsdən azad olunmasında bir xeyri olar. Mən onun gəlişini gözləyirəm”.

Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |