29.10.2018 [09:03] - Gündəm, DAVAMın yazıları
Məm Nizaməddin müəllimi ilk dəfə
1977-ci ilin fevralında görmüşəm.Azərbaycan SSR Elmlər Akademiyasının iki institutunun-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun görkəmli tədqiqatçı Qulam Məmmədlinin "İMZALAR" kitabının müzakirəsinin keçirdiyi gün idi.
Müzakirə aspirantı olduğum Dilçilik İnstitutunun direktoru akademik Məmmədağa Şirəliyevin kabinetində keçirilirdi.Kabinetdə oturmağa yer qalmamışdı.Ağaq üstə dayananlar oturanlardan çox idi.Mən də, tanımadığım cavan bir oğlan da içəriyə çöldən boylanırdıq.
Müzakirə hələ başlamamışdı.Bekarçılıqdan bir-birimizi ünsiyyət qurduq.Bu gənc Ədəbiyyat İnstitunda işləyirdi. Adı da Nizaməddin idi.
Səmimi münasibətimiz olan Akademik Kamal Talıbzadə (Mən Kamal müəllimin atası Abdulla Şaiqin və babası Axund Molla Mustafa Talıbzadənin tədqiqatçılarından biriyəm-N.N.)sonralar həmişə onun haqqında fəxrlə danışırdı.
...İş elə gətirdi ki,mən çətinliklə içəri keçdim, müzakirəyə qoşula bildim.Nizaməddin isə dəhlizdə qaldı.
Aradan bir neçə il keçəndən sonra Hizaməddini həmişə rəyasətdə görürdüm.
Nizaməddinin elmi inkişafı onu tanıyanlarınhamısını sevindirir.
Allah Nizməddinə şəfa versin.Allah köməyi olsun.İnanıram ki,Nizaməddinə dövlət səviyyəsində qayğı göstəriləcək,o,yenidən öz elmi düşüncələri ilə hamımızı düşündürəcəkdir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
27.10.2018.

Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |