21.10.2011 [12:24] - Xəbərlər
ABŞ-ın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağla bağlı “status kvo” qəbul olunmazdır”
“Vaşinqtonun mövqeyi budur ki, baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmaq, dərhal böyük sazişə keçmək lazımdır”
“Həmsədrlərin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsipləri və Azərbaycanın Kazanda qeyd etdiyi məsələlər müzakirə olunacaq. Bundan başqa, vasitəçilər prosesə təkan verilməsi və canlandırılması yollarını araşdıracaqlar”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.
Səfir bildirib ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan prezidenti ilə telefon danışığı, onun müavininin regiona səfəri ABŞ-ın münaqişəsinin həllinə ən yüksək səviyyədə maraq göstərdiyini, Minsk Qrupu prosesinin canlandırılmasını istədiyini göstərir: “Mövqeyimiz odur ki, baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmaq, dərhal böyük sazişə keçmək lazımdır. Aydındır ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur. Bununla yanaşı, “status kvo” qəbul olunmazdır. Buna görə də danışıqları sürətləndirmək, səyləri gücləndirmək vacibdir”.
M. Brayza Azərbaycan tərəfində hər üç həmsədrlə istənilən formatda işləməyə siyasi iradə müşahidə etdiyini də vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |