30.10.2018 [11:22] - Sağlıq
Almatıda ilkin tibbi-sanitariya yardımı barədə bəyannamənin qəbul edilməsindən 40 il sonra Astana Bəyannaməsi səhiyyə xidmətləri ilə hamının təmin edilməsinə nail olmaq xətti götürür.
Dünya ölkələri Astana Bəyannaməsini razılaşdırmaqla, səhiyyə xidmətləri ilə hamının təmin edilməsinə nail olmaq yolunda ən mühüm addım kimi öz ilkin tibbi-sanitariya sistemlərini gücləndirməyi vəd ediblər. Astana Bəyannaməsi dünya liderlərinin ilkin tibbi-sanitariya yardımının təmin edilməsinə dair ilk dəfə 1978-ci ildə qəbul etdikləri tarixi Almatı Bəyannaməsini bir daha təsdiq edir.
1978-ci il tarixli Almatı Bəyannaməsinin ilkin tibbi-sanitariya yardımının təməlini qoymasına baxmayaraq, son 40 ildə bu istiqamətdə inkişaf qeyri-bərabər olub. Dünya əhalisinin ən azı yarısı əsas səhiyyə xidmətlərindən, o cümlədən yoluxucu və qeyri-yoluxucu xəstəliklər zamanı tibbi yardımdan, ana və uşaq sağlamlığının, habelə psixi, seksual və reproduktiv sağlamlığın mühafizəsi kimi xidmətlərdən istifadə edə bilmir.
Astana Bəyannaməsi səhiyyə xidmətləri ilə hamının təmin edilməsinə nail olmaq üçün ilkin tibbi-sanitariya yardımına investisiyaların artırılması uğrunda getdikcə genişlənən qlobal hərəkatı əks etdirir. Səhiyyə resursları bir çox hallarda əsaslı və hərtərəfli səhiyyə sistemlərinin yaradılmasına deyil, konkret xəstəliklər ilə əlaqədar tədbirlər görülməsinə istiqamətlənib. Bu boşluq son illərdə səhiyyə sahəsi ilə bağlı bir sıra fövqəladə hallar zamanı aşkar olub.
UNICEF və DST Astana Bəyannaməsinin həyata keçirilməsində hökumətlərə və vətəndaş cəmiyyətinə kömək edəcək və onları bu hərəkatı dəstəkləməyə ruhlandıracaq. Onlar başqa tərəfdaşlarla əməkdaşlıq şəraitində bu Bəyannamənin icrası ilə bağlı məlumatlandırma kampaniyaları aparmaqda da ölkələrə kömək edəcək.

Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |