Şrift:
PKK-ya məxsus 1,7 milyard dollar dəyərində 375 ton narkotik maddə ələ keçirilib
20.07.2012 [14:18] - Xəbərlər, Hüquq
Türkiyə hüquq-mühafizə orqanları ölkənin cənub-şərqindəki Diyarbəkir vilayətində narkotik maddə qaçaqmalçılığına qarşı geniş miqyaslı əməliyyat keçiriblər.
Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, əməliyyat nəticəsində narkotik maddə alverindən ciddi gəlir əldə edən PKK terror təşkilatına ağır zərbə endirilib. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları PKK-ya məxsus rekord miqdarda – 375 ton narkotik maddə ələ keçiriblər. Bu narkotiklərin 1,7 milyard dollar dəyərində olduğu bildirilir. Əməliyyat zamanı 32 nəfər yaxalanıb, qaçan 33 nəfər axtarılır.
Bu xəbər oxucular tərəfindən 1410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed