20.07.2012 [17:09] - Gündəm, Hadisə
ABŞ-ın proqram təminatı istehsalı üzrə ən iri şirkəti olan “Microsoft” yarandığı 26 ildə ilk dəfə rüb ərzində ziyanla işləmişdir. Bu barədə korporasiyanın nümayəndələri məlumat vermişlər. Bu ilin aprel-iyun aylarında maliyyə itkiləri 429 milyon dollar təşkil etmişdir. Halbuki ötən ilin həmin dövrü ərzində kompyuter nəhəngi 5,9 milyard dollar xalis gəlir əldə etmişdir.
Ekspertlər itkiləri 2007-ci ildə “aQuantive” internet-reklam agentliyinin uğursuz alışı ilə bağlayırlar. Şirkət bununla dünya şəbəkəsinin reklam bazarında mövqelərini möhkəmləndirmək istəmişdi. Lakin agentlik ümidləri doğrultmamış və şirkətin internet sektoruna sərmayə qoyuluşuna dair olduqca uğursuz siyasətinin bir hissəsinə çevrilmişdir.

Bu xəbər oxucular tərəfindən 1455 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |