Şrift:
XİN: Dağlıq Qarabağda -seçkilər-in dünya birliyi tərəfindən tanınmaması hazırkı status-kvonun yolverilməz olduğunu göstərdi
20.07.2012 [17:15] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Dağlıq Qarabağda "seçkilər"in dünya birliyi tərəfindən tanınmaması hazırkı status-kvonun yolverilməz olduğunu göstərdi. Bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə günü brifinqdə deyib.
"Ermənilərin bütün cəhdləri əvvəlcədən iflasa məhkumdur. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin həllini ərazi bütövlüyü çərçivəsində görür", - Abdullayev bildirib.
Onun sözlərinə görə, "seçkilər"in tanınmaması Ermənistan rəhbərliyinə bir ismarıcdır.
Bu xəbər oxucular tərəfindən 1385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed