Şrift:
“Dağlıq Qarabağ problemi Avropada həlli mümkün olan bəzi münaqişələrdən biridir”
21.10.2011 [12:20] - Xəbərlər
Rusiya Prezidenti Dmitri Medvedev inandırıb ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına köməyi davam etdirir, lakin hər iki xalq razılığa gəlməyə çalışmalıdır. Bununla yanaşı, RF rəhbəri Dağlıq Qarabağ probleminin Avropada həlli mümkün olan bəzi "dondurulmuş münaqişələr"dən biri olduğunu qeyd edib. Bu barədə RİA Novosti yazır.

Gənclərlə görüşdə Medvedev etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsində real çətinliklər, hüquqi konstruksiyaların müxtəlif cür anlaşılması, maraqların müxtəlif yığımı mövcuddur.

"Rusiya şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Bu iş davam etdiriləcək", - RF Prezidenti deyib.

Onun fikrincə, lakin "nəticədə nizamlama - bu çox çətin, eyni zamanda həll olunan problem iki xalqın və iki prezidentin xoş niyyətindən asılıdır, əgər onlar bir-birlərini eşidərlərsə, azacıq bir-birinə doğru irəliləyərlərsə və kompromis taparlarsa".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed