20.07.2012 [17:31] - Xəbərlər
Vaşinqton Rusiya və Çinin BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoymasını "çox talesiz durum" kimi dəyərləndirib.
Ağ Evdən verilən açıqlamada qətnaməyə veto qoyanların səhv tərəfdə olduğu bildirilib: "Qətnaməyə veto qoyanlar nə Suriya xalqının, nə sülhün, nə də sabitliyin yanındadır".
İngiltərə və Almaniyadan verilən açıqlamalarda da qətnaməyə veto qoyulmasının izah ediləcək tərəfi olmadığı bildirilib.
BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan Təhlükəsizlik Şurasında ortaq məxrəcə gəlinə bilməməsindən təəssüfləndiyini bildirib və bunun üzüntü verici olduğunu deyib.
İngiltərə Suriyadakı müşahidəçilərin xidmət müddətinin son dəfə olmaq şərtilə bir ay uzadılması üçün Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır.
Vaşinqton isə Təhlükəsizlik Şurasından sanksiya (təhrim) qərarı çıxmadığı üçün bu təklifi dəstəkləmədiyini açıqlayıb.
Ağ Evin açıqlamasında "müxaliflərin özlərini müdafiə haqqı var" deyilib. Vaşinqton kimyəvi silahdan istifadə ediləcəyi təqdirdə bunun məsuliyyətini Dəməşq rejiminin üzərində olacağını, bunun Əsəd rejiminə açıq dillə çatdırıldığını bəyan edib

Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |