05.11.2018 [09:56] - Gündəm, DAVAMın yazıları
Təxminən 25 ilin söhbətidir. Orta məktəb dərsliklərinin birində ilanı Seyid Əhməd əli ilə tutmaq istəyən bir müəllifdərsliyinlüğətlərdən bəhs edən yerində uşaqlardan ( 9-cu sinif şagirdlərindən) soruşurdu ki, "evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmi? "Və bundan sonra öz hökmünü (qəti və təntənəli sözünü) bildirirdi: "Azərbaycan dilinin izahlı lüğəti hər bir mədəni ailədə olmalıdır. Yoxunuzdursa, xahiş edin, valideynləriniz tapsınlar".
Dərslikdən bu sözləri oxuyan uşaq, təbii ki, mədəni ailədə yaşamaq istəyi ilə atasını qəflət yuxusundan oyadıb, deyəcəkdi:
Ata,ata, dur ayağa, get, mənə bir kitab al -
Dilimizin izahatlı lüğəti.
Müəllimin tələbidir,
Etiraza yox kimsənin cürəti.
Ata da, yəqin ki, ürəyində müəllimi danlaya-danlaya düşürmüş mağazaların canına.O vaxtlar bu kitabları mağazalarda axtarmaq qızların arzusunda olduqları "Evdarlıq" kitabını axtarmağa bərabər idi.
Qısa bir dilçilik arayışı
Lüğətlərin əsasən 2 növü var:
1)filoloji lüğətlər (bunlara linqvistik lüğətlər də deyirlər)
2) ensiklopedik lüğətlər
Filoloji lüğətlərin növləri: orfoqpafiya lüğətləri,orfoepiya lüğətləri, tərcümə lüğətləri, çətin sözlər lüğətləri, alınma sözlər lüğətləri, İZAHLI LÜĞƏTLƏR və s. (Mövzumuza aid olduğu üçün axırıncını fərqli şriftlə yazdım-N.N.)
Ensiklopedik lüğətlərdə və ya ensiklopediualarda əşya, hadisə, yaxud anlayış hərtərəfli aydınlaşdırılır. Burada müxtəlif şəkillərdən, xəritə, diaqram, sxem və düsturlardan da istifadə edilir. Tarixi qədimdir. Çoxlarının "Qırmızı kitab" kimi tanıdığı 10 cilddən ibarət olan "Azərbaycan sovet ensiklopediyası" ilk cildi 1976-cı ildə çap olunmuşdur. İlk cild Rəsul Rzanın rəhbərliyi altında nəşrə hazırlansa da, kitabda bu, öz əksini tapmayıb.
Kitab çapa gedən vaxtlarda P.Rza "yersiz danışığa görə" işdən çıxarımışdı. Bu cəzadan bir neçə il sonra ona "Sosialist Əməyi Qəhrəmanı" adı verildi. Azərbaycan Sovet Ensiklopediyasının 10 cildində 50 mindən artıq məqalə verilmişdir. İndi keçək əsas məsələyə. Sualı təkrar edirik:
"Evinizdə" Azərbaycan dilinin izahlı lüğəti varmı?
Bu söhbət başlayanda bizim evdə Azərbaycan, inğilis və rus dillərində 5000 mindən artıq bədii, filoloji və tibbi kitablar, lüğətlər, müxtəlif sahə ensiklopediyaları olsa da, Azərbaycan dilinin izahlı lüğəti"nin cəmi 2 cildi vardı (deməli, mədənilik əlamətinin faizi 50 idi). Sonralar əlim əsə-əsə III cildi də aldım. IV cildi almağa cəsarət etmədim: evdə uşaqların kitablarına yer yox idi.
Azərbaycan dilinə dair izahlı lüğət tərtibinə 1945-1946-ci illərdə başlanmışdır. İzahlı lüğətin materiallarının nəşrinə isə 1949-cu ildən başlanmışdır.
Azərbaycan dilinin izahlı lüğətinin rus qrafikası ilə mükəmməl nəşrinin I cildi 1964-cü ildə (üz qabığında 1965) çap olunmuşdur.
II cild - 1980, III cild -1983-cü ildə çap olunmuşdur. Son cild 1987-ci ildə nəşr olunmuşdur. Dörd cilddə 57 min söz aydınlaşdırılmışdır. Latın qrafikalı son nəşrlərdə sözlərim sayı daha çoxdur.
( Bu yazı yazılandan bir müddət sonra Azərbaycan dilinin izahlı lüğətnin latın qrafikası ilə yeni nəşrləri işıq üzü gördü-N.N.)
****
İzahlı lüğətlərərdə sözün bütün mənaları aydınlaşdırılır. Sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilir. Professor Afad Qurbanov dünya dilçilərinin fikrinə şərik olaraq yazır ki, "izahlı lüğətin əsas məqsədi dilin lüğət tərkibindəki hər bir sözün mövcud mənasını, məna variantlarını,müxtəlif məna incəliklərini izah etmək,onun zəngin,nə kimi lüğəvi imkanlara malik olduğunu aydınlaşdırmaqdır,yazılı və şifahi dildə leksik vahidlərin yerinə görə düzgün işlədilməsinə və bunun da əsasında ədəbi dilin hərtərəfli inkişaf etdirilməsinə, zənginləşdirilməsinə xidmət etməkdir".
(Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili, I cild, B.,2003, səh.395-396).
V sinin Azərbaycan dili dərsliyində (Əziz Əfəndizadə, Bəşir Əhmədov. "Azərbaycan dili" dərsliyi, V sinif, Bakı, 1994, səh. 54) linqvistik (dilçilik, filoloji)i lüğətlərdən məlumat verilən səhifədə bu fikir daha aydın izah olunur:
" izahlı lüğətlərdə sözlərün leksik mənaları izah olunur".
Biz hansı sözlərin mənasını bilmirik. Şəxsən mən "intellektual" sözünün mənasını 1972-ci ildə öyrənmişəm. Səhv eləmirəsə, bu sözü Ağamusa Axunddovun "Kommunist" qəzetindəki bir yazısından oxumuşdum."Diletant" sözünü hətərən-pətərən danışan bir alimə deyiləndə öyrənmişdim. "Mentalitet " sözünü də çox gec oyrənmişəm. Mən oxuyan kənd müəllimləri inciməsinlər, onlar biz oxuyan illərdə lüğətlərdən çox nadir hallarda istifadə edirdılər.
90 -cı illərin əvvələri idi. Bakıda bir rus dili müəllimi var idi.Rus dilindən dərs desə də, rus dilini yaxşı bilmirdi. Direktor Filankəs Filankəsovna yola verirdi. Çətin vaxtlar idi: başını ağrıtmaq istəmirdi. Rus dili müəllimi yaxın dostum idi.Yavaşca başa saldım ki, oxumaq heç vaxt gec deyil. Qırx yaş nədir ki... hər gün həm rus dilinin ,həm də Azərbaycan dilinin izahlı lüğətindən 5-6 söz öyrənsin. İncəvara , sözümü yerə salmadı. Uşaqlarını da bu öyrənmə prosesinə qoşdu. İndi qızı da, oğlu da məsul vəzifə sahibləridir.
"İncəvara" sözünü bilmirsiniz? Narahat olmayın.Lüğətə baxmışam : nitq hissəsinə görə modal söz, sintaksisdə-ara sözdür, məhəlli sözdür. "Yaxşı ki", "xoşbəxtlikdən" mənasına uyğundur.
Mübahisə etməyin.Mübahisə etməyin ki, "təfəkkür" və "məfkurə" sözlərini ünü hamı bilir.Şəxsən mən bu sözü 1991-92-ci illərdə öyrənmişəm.
Çapayev ( indiki Təbriz) küçəsi ilə qırmızı tramvayların şütüyəm vaxtları idi. Dəmir yolu işçiləri hazırlanan texniki -peşə məktəbinin ikimərtəbəli binasında bir universitet açmışdılar. Yaxşı bir ad da tapmışdılar-TƏFƏKKÜR UNİVERSİTETİ. Bu sözü qoca da öyrənməyə başladı, cavan da. (Tramvay "Təfəkkür"ə gedir? "Təfəkkür"də saxla, ay bala.).Deməli, "təfəkkür" sözünün hamı tətəfindən işlənməyə başlanması elə o vaxtlardan başlayır.
Bəlkə də, cavan jurnalistlərdən biri bu yazını oxuyandan sonra əlində mikrofon "təfəkkür" sözünün mənasını Təbriz küçəsi,19-un qənşərində kimlərdənsə soruşacaq. 100% əminəm ki, 10 adamdan beşi bu sözü bilməyəcək. İzahlı lüğətə baxanların isə, təbii ki,problemləri olmayacaq.
"Əhmədin qoyunlarının ağılı da var, tövləsi də". Yox, çaşmadım. Bizim başımızla bağlı "ağıl" sözümüz bizim deyil, ərəbdən gəlmədir, "əql", "aqil" sözləri ilə eyniköklüdür. O ki qakdı o biri "ağıl"a, hə, o bizim öz sözümüzdür, türk mənşəlidir,.Məsələn: Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb, mələşirdilər.
Türk mənşəli "ağıl" sözü "Dədə Qorqud"da işlənən yaxşı sözlərdəndir. "Dədə Qorqud" a ortaq çıxan qardaşlarımız, hətta "Dədə Qorqud"un Bakıda keçirilən 800 illik yubileyində Dədə Qorqud haqqında rus dilində odlu-alovlu çıxış edən Nazarbayev bu sözün mənasını bilirmi? Şübhə edirəm. Bəlkə elə bizim çoxumuz bilmir ki, "Dədə Qorqud"dakı "ağıl" - "içərisində mal-qara, qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstü açıq yer" mənasındadır. İnanmıram ki, "Dədə Qorqud"a iddiası olan qardaşlarımız "Qaraca Çovan qara qayğılı yuxu görəndən sonra diksinib, ayağa qalxdı, qoyunların ağılını bərkitdi" cümləsini rus dilinə tərcümə edə bilələr.
Rus leksikoqrafları hər il rus dilinə daxil olan səzlərin lüğətini nəşr edirlər. Bizcə, Azərbaycan dilinə də ildə yüzlərlə söz daxil olur. O sözlərin də lüğətini hazırlamaq gərəkli görünür.
Biz bildiyimiz hansı sözlərin mənasını bilmirik?
Bahalı bir maşının yanında iki qadın və imtahandan təzəcə çıxdığı hiss olunan iki oğlan hamının eişdə biləcəyi tərzdə mübahisə edirdi. Sən demə, rusdilli bu analardan birinin oğlu imtahanda "ecazkar" sözündə çaşıb qalıbmış....
Biz bəzən bildiyimiz sözün mənasını bilmirik. "Ecaz" elə bu sözlərdəndir. "Ecazkar" kimi deyəndə sözü bilirik. Elə ki sözü kökə və şəkilçiyə ayırırıq, iş elə bil çətinləşir. Yenə də izahlı lüğətə baxaq. Baxaq da...
Ecaz-isimdir. Ərəb mənşəlidir. Möcüzə, misli görünməmiş şey, xariqə mənasını verir. Məsələn: Onun işi ecazdır, ecaz.(Ə.Haqverdiyev).
Dünyada sənətin yeddi ecazından biri olan "Tac-Mahal" məqbərəsi buradadır. (M.İbrahimov).
Ecazlar yaradır, hünər göstərir.(M.Rahim).
Bilmədiyimiz bir neçə söz
Tüllab -tələbə oğlanlar
Təfəkkür- fikir sözündəndir
Təxəyyül- xəyal sözü ilə eyni kökdəndir
Məntiq- nitq ilə ilgilidir
Mədrəsə-dərs prosesi iləəlaqəlidir
Nazim- nəzm
Mənsur-nəsr
Ovdan-su qabı
Nigah - fars nənşəliir; baxış, nəzər
Nikah- ərəb mənşəlidir; evlənmə,izdivac
Sözün sonu. Bu izahlı lüğət ki var, çətin məsələdir ... Amma oxumalıyıq.Dilimizi yaxşı öyrənməliyik.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq.
İstifadə olunmuş ədəbiyyat
1.Azərbaycan dilinin izahlı lüğəti. I cild,B.,1965.
2.Qurbanov Afad. Müasir Azərbaycan dili,I cild, Bakı,2003
3.Ərəb və fars sözləri lüğəti. Bakı,1966.
.4.Azərbaycan dilinin orfoqrafiya lüğəti. B. 2004.
Etiket.Filoloji lüğətlər,ensiklopedik lüğətlər,sözün leksik mənası,təfəkkür,məfkurə

Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |