Şrift:
Türkiyə İrana qarşı sanksiyalara qoşulmaya bilər
05.11.2018 [10:14] - Türk dünyası-Turan
Səkkiz ölkə ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qoşulmaya bilər.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Türkiyə də həmin səkkizliyə daxil olan ölkələr sırasındadır. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məsələni şərh edərkən faktı təsdiqləyib. Nazir qeyd edib ki, belə bir məlumat olsa da, hələlik ABŞ tərəfindən sanksiyalarla bağlı heç bir yazılı sənəd daxil olmayıb.

Qeyd edək ki, Türkiyə rəhbərliyi bütün hallarda İrana qarşı iqtisadi sanksiyalara qarşı olduğunu nümayiş etdirib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed