Şrift:
Qardaşı İsaxan Aşurovun vəsiyyətindən danışıb
21.07.2012 [12:25] - Sosial
“Borçalı” İctimai Cəmiyyətinin ofisində tanınmış hüquqşunas, ictimai-siyasi xadim, haqq və ədalət uğurunda ardıcıl mübariz şəxsiyyət İsaxan Aşurovun anım tədbiri keçirilib. Tədbirdə tanınmış ziyalılar, mərhumun qohumları və yaxın dostları iştirak ediblər.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli İsaxan Aşurovun həyat yolu haqqında qısa məruzə edərək vurğuladıb ki, o, el-obasını Borçalı türklərini, Azərbaycan türkünü, bütövlükdə türk dünyasını düşünən, onu yaşaya bilən, burulğanların içərisindən üzüağ çıxmağı bacaran ləyaqətli türk idi. O, öz millətinə, onun dəyərlərinə, elinə-obasına çox sayğılı insan idi. Yaşadığı keşməkeşli və şərəfli ömür yolunda İsaxan təmiz ad qoydu.

İştirakçılardan yaxın dostu Siyavuş Mustafayev, Əmirxan Babaşov, Rəşid Əliyev, Sabir Aşurov və digər ziyalılar İsaxan Aşurov haqda xatirələrini, ürək sözlərini, onun fəaliyyəti haqda danışıblar.
Mərhumun oğlu Kənan Aşurov iştirakçılara və “Borçalı” Cəmiyyətinə minnətdarlığını bildirib. Qardaşı Həmid Aşurov isə deyib ki, İsaxan Aşurov ömrünün son günlərini yaşayarkən ölümünü hiss etdiyindən doğulduğu dədə-baba yurdunda dəfn olunması arzusunu yaxınlarına vəsiyət edib.
İştirakçılar tərəfindən təklif edilib ki, İ.Aşurovun ildönümünə qədər onun xatirəsini özündə əks etdirən kitab nəşr olunsun. Kitabın nəşri üçün redaksiya heyətinin ilkin işçi tərkibi yaradılıb. Eyni zamanda “Borçalı” Cəmiyyətinin təşkilatçılığı ilə onun doğulduğu Faxralı kəndində İ.Aşurovun xatirəsinə yeniyetmələr arasında Beynəlxalq güləş turniri keçirəcəyi qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed